"Ənənəvi islam memarlığı" mövzulu festival başlayıb

 

Muzey Mərkəzində "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində tələbə gənc memarlar üçün "Ənənəvi islam memarlığı" mövzusunda beynəlxalq festivalın açılışı olub. APA-nın məlumatına görə, festival Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Memarlıq İnşaat Universiteti İtaliyanın "Romualdo del Byanko" Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu cür tədbirlərin keçirilməsini Azərbaycanın mədəni tarixi irsinin qorunması yönündə atılan mühüm addımlar kimi qiymətləndirib. O bildirib ki, martın 19-dək davam edəcək festival çərçivəsində qonaqlara Azərbaycanın işğal altındakı torpaqları, dağıdılan tarixi, memarlıq abidələr Azərbaycanın mədəni irsi haqqında geniş məlumatlar veriləcək.

Tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Azərbaycan Şəhərsalma Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, "Romualdo del Byanko" Fondunun sədri Paolo del Byanko, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova başqaları da çıxış ediblər.

 

 

525-ci qəzet.- 2009.- 17 mart.- S.7.