Azərbaycan nəşrləri Macarıstanda nümayiş etdirilib

 

Macarıstan Respublikasında "Azərbaycan Kitabı Ayı" keçirilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir fevral-mart aylarında baş tutub. Azərbaycan haqqında məlumatların yayılması, respublikamızın Avropa ölkələrində daha yaxından tanıdılması təbliği məqsədilə Macarıstandakı səfirliyimizə kitab kolleksiyası göndərilib. Bu ay çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası kitabxanasına, bir sıra ali məktəblərin kitabxanalarına Azərbaycan haqqında kitab, elektron nəşrlər digər materiallar təqdim edilib. Təqdimetmə mərasimi çərçivəsində kitabların sərgisi təşkil olunub. Mədəniyyət Turizm Nazirliyi tərəfindən hədiyyə olunmuş kitablar Macarıstan kitabxanalarının elektron kataloqlarına daxil edilib.

 

 

525-ci qəzet.- 2009.- 30 mart.- S.7.