Mixayloyad edilib

 

Noyabrın 2-də əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin vəfatının 65 illiyi ilə əlaqədar qəhrəmanın xatirəsi anılıb. Tədbirdə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar, Respublika Müharibə Veteranları Şurasının rəhbəri Əlövsət Baxışov, “Vətənpərvərictimai təşkilatının nümayəndələri, Mehdi Hüseynzadənin yaxınları, qəhrəmanın döyüş yoldaşı Cavad Həkimlinin ailə üzvləri də iştirak ediblər. Tədbir iştirakçıları Mixaylonun qəhrəmanlığından söz açaraq, onun xatirəsinin Azərbaycan Sloveniya xalqının qəlbində əbədi yaşayacağına inandıqlarını bildiriblər. “Vətənpərvərictimai təşkilatının prezidenti, yazıçı-publisist Ruqiyyə Əliyeva əfsanəvi kəşfiyyatçı ilə bağlı apardığı araşdırmalardan danışıb: “Böyük Qələbənin 60 illiyi münasibətilə çap etdirdiyimAzərbaycanlılar Avropa müqavimət hərəkatındakitabının bir fəsli bütünlüklə Mehdi Hüseynzadəyə həsr olunub”. R.Əliyeva iki il əvvəl Sloveniyada həmvətənimizin xatirəsinin əbədiləşdirildiyini nəzərə çatdırıb: “Müharibə illərində 9-cu korpusun məşhur həmyerlimiz Cavad Həkimlinin başçılıq etdiyi qərargahının yerləşdiyi Şempas kəndində Mehdi Hüseynzadənin tunc büstü ucaldılıb”.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 4 noyabr.- S.7.