Arşın mal alan Qazaxıstanda tamaşaya qoyulub

 

Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyası Qazaxıstanın paytaxtı Almatı şəhərindəki Kujamyarov adına Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirib. Uyğur Dövlət Musiqili Komediya Teatrının rejissoru Yalkunjan Şamiyev APA-nın Qazaxıstandakı müxbirinə bildirib ki, 100 yaşı olan bu əsər tamaşaçı üçün hər zaman təzədir aktyorlar nəsli dəyişsə , tamaşa öz aktuallığını itirmir. Baş rolun ifaçısı Abliz Uşamov isə tamaşanı 1 ay ərzində hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu tamaşa şəhərin başqa teatrlarında da göstərilsə , tamaşaçıların sayı azalmır.

 

 

525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.