Aydınlığın gül nişanıtəqdim olunub

 

Rəşid Behbudov adına Mahnı Teatrında şair-publisist Mirkazım SeyidovunAydınlığın gül nişanıadlı kitabının təqdimat mərasimi keçirilib. Kitab görkəmli şərqşünas, Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın xatirəsinə həsr olunub. 12 fəsildən ibarət, rus ingilis dillərində nəşr edilən əsərdə M.Seyidov Aida İmanquliyevanın həyat fəaliyyət yolu, onun yüksək şəxsi keyfiyyətləri ilə bağlı düşüncələrini əks etdirib. Kitaba xalq şairi Nəriman Həsənzadə ön söz yazaraq, əsərin təqdirəlayiq yaradıcılıq nümunəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən müəllif ilk ön qonaqlara təşəkkürünü bildirərək, kitaba önsöz yazdığı üçün N.Həsənzadəyə minnətdarlığını bildirib, A.İmanquliyevanın şəxsiyyəti elmi fəaliyyəti barədə bundan sonra da neçə-neçə dəyərli əsər yazılmasının vacibliyini vurğulayıb.

Tədbir ədəbi-bədii kompozisiya konsertlə davam etdirilib. Konsertdə tanınmış sənətçilərin ifasında musiqilər səslənib.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2009.- 6 noyabr.- S.7.