Azərbaycan şairləri İrandakı şeir müsabiqəsinin qalibi olublar

 

Oktyabr 25-də İran İslam Respublikasında İmam Rzanın mövludu münasibətilə təşkil olunmuş 4-cü Rəzəvi Şeir Konfransı və müsabiqəsi keçirilib. Tədbirə ölkəmizdən Hacı Ələmdar Mahirin rəhbərliyi altında Ələmdar Mahir, Kamil Sərvəndi, Elnarə Şəms, Dadaş, Xatirə Vaqif, Valeh Ruhi qatılıblar. Müxtəlif ölkələrdən 50-yə yaxın şairin iştirak etdiyi müsabiqədə Hacı Ələmdar Mahir münsiflər heyətində təmsil olunub. Müsabiqədə ilk 3 fəxri yerə, müvafiq olaraq, Valeh Ruhi, Kamil Sərvəndi və Elnarə Şəms layiq görülüblər. Qızıl medala isə Ələmdar Mahir, Dadaş və Xatirə Vaqif sahib olublar. “Şəms” qadınlar ədəbi birliyinin rəhbəri Elnarə Şəmsin dediyinə görə, müsabiqə yüksək səviyyədə təşkil olunub. Qaliblər İranın Mədəniyyət Nazirliyi tərəfindən diplom və pul mükafatı ilə təltif ediliblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 11 noyabr.- S.7.