Professional Kinoaktyorlar Gildiyasının yeni saytı təqdim olunub

 

Azərbaycan Kinematoqrafçılar İttifaqında Professional Kinoaktyorlar Gildiyasının yeni saytının təqdimatı keçirilib. Bu barədə Gildiyanın rəhbəri Həmidə Ömərova məlumat verib. Onun sözlərinə görə, www.aktyor.az internet saytı Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə yaradılıb. Saytda 400 azərbaycanlı aktyoru haqqında məlumatlar yer alınıb. Qeyd edək ki, Professional Kinoaktyorlar Gildiyası 2006-cı ildə fəaliyyətə başlayıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 11 noyabr.- S.7.