Tiflis tamaşaçısı Əli Əmirlinin Köhnə evinə baxıb

 

TANINMIŞ YAZIÇI-DRAMATURQUN ƏSƏRİ GÜRCÜSTANDA AZƏRBAYCAN DİLİNDƏ SƏHNƏYƏ QOYULUB

 

Gürcüstan paytaxtında teatr tamaşasının finalında alqışlar bu dəfə Azərbaycan tamaşası üçün səslənib. Əli Əmirlinin Köhnə ev pyesi Tiflisin A.Xoreva adına Aktyorlar Evində səhnəyə qoyulub. Bu əsər Tiflisdə ilk dəfə səhnələşdirilib, premyerası keçirilib. Köhnə evi isidənlər Gürcüstandakı Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının aktyorları Namiq Musayev, Şeyla Şamoyeva, Fazil Bayramov, Binəli İslamoğlu, Aida Qaracayeva başqaları noyabrın 7-də Köhnə Evin yeni sakinləri olublar. Tamaşanın rejissoru Namiq Hacıyev Modern.az-a müsahibəsində əsəri səhnələşdirmək üçün xeyli əziyyət çəkdiklərini deyib. Lakin maddi bəzi texniki problemlərə baxmayaraq, qarşılarına qoyduqları vəzifənin öhdəsindən gələ biliblər: Bu, tragi-komik bir əsər idi, ona görə oynamaq da bir az çətin idi. Ancaq mənə elə gəlir ki, aktyorlar çox gözəl oynadılar istənilən tamaşanı ortaya qoydular.

Tamaşada kommunizmlə kapitalizm bir evin içində mübarizə aparır. Kommunist ağsaqqal öz ideyalarından əl çəkmir, bərabərlik üçün mübarizə apardığını, əlinə silah alıb ədalət üçün vuruşduğunu ideya üçün ac da qalmaq olar deyir. Kapitalist gənc isə öz puluna güvənir, hər şeyin bazarda həll olunduğu fikrini müdafiə edir.

Həyatda kommunizmin devrilib yerində kapitalist cəmiyyətin qurulduğu kimi, əsərdə tamaşada bəhs edilən evi sonda kapitalist gənc kommunist ağsaqqaldan alır.

Dramaturq Əli Əmirlinin iki rejimin çarpışmasını bir evə sığışdırdığı kimi, rejissor Namiq Hacıyev həmin didişməni bir səhnəyə yerləşdirib.

Sonda rejissorun aktyorların alın təri tamaşaçıların alqışları gül-çiçəkləri ilə mükafatlandırılıb.

 

Vüqar BABA,

Tiflis,

Gürcüstan

 

525-ci qəzet.- 2009.- 11 noyabr.- S.7.