Min bir gecənağılları haqqında yeni kitab nəşr olunub

 

AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Lalə Bayramovanın “”Min bir gecəümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimiadlı yeni kitabı işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Min bir gecənağılları Azərbaycan şərqşünaslığında ilk dəfə geniş tədqiq olunur, əsərin ərəb ümumən şərq ədəbiyyatı tarixində yeri aydınlaşdırılır. Təqdim olunan kitabdaMin bir gecənağılları ətraflı yüksək elmi səviyyədə araşdırılır. Müəllif tarixi-müqayisəli metoddan istifadə edərək nağılların qaynaqları təsir dairəsi barədə aydın təsəvvür yarada bilir Min bir gecənağılları ilə yunan, hind, İran, türk, ayrıca olaraq Azərbaycan nağıllarının müqayisəsi, nağılların mənşəyi və onların ayrı-ayrı motivlərinin təkamülü barədə dolğun elmi təsəvvür yaradır. KitabdaMin bir gecənağıllarının tematik təsnifatı təhlili verilir, məhəbbət nağılları, sehrli nağıllar, məişət nağılları, səyahət nağıllarından ayrıca bəhs edilir.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.