Planetin nəbzi döyünən sərgi

 

Sentyabrın 21 Parisdə Mədəniyyətlərin dialoqu II beynəlxalq foto biennalın açılışı oldu. Noyabrın axırlarınadək davam edəcək bu biennalda geniş tədbirlər proqramının həyata keçirilməsi nəzərdə tutulub. Luvr muzeyinin klassik portret əsərləri ilə yanaşı fotoqrafiya sənətinin portret janrında yaradılmış nümunələrindən ibarət sərgi, İran fotoqrafiyasının 165 illiyinə həsr olunmuş ayrıca sərginin Branli muzeyində nümayiş etdirilməsi Sena çayının sahil zolağında açıq havada təşkil edilmiş 32 ölkənin 65 fotoqrafının əsərlərinin sərgisi biennalın əsas ekspozisiyaları idi. Açılışda iştirak edən Paris meriyasının nümayəndəsi Kristofer Cerar sərgi təşkilatçıları Branli muzeyinin prezidenti Stefan Martin, Vebstan foto sindikatının sahibi Reza Diqqəti, Karat Kultur Fransa Media Agentliyinin baş direktoru Mondher Abdennadher sənətşünasların əhatəsində saatlarla stendlərin arasında dolanaraq hər ölkənin foto nailiyyətləri ilə dərindən tanış olurdu. Böyük ölçülərdə çap olunmuş fotolar labirintində gecədən çox keçmiş tamaşaçılar dolaşır, yerdəcə oturub yorğunluqlarını alır, gördüklərini birbiriylə müzakirə edirdilər. Sərginin gəzinti yolunun üstündə, açıq havada təşkil edilməsi bir sərbəstlik, demokratik ovqat təlqin edirdi. Foto sənətinin ani anda mürəkkəb mətləbləri əks etdirmək imkanlarından faydalanan fotoqrafların əsərlərində sanki planetin nəbzi döyünürdü. Təsadüfi deyildi ki, biennalın devizi Mədəniyyətlərin dialoqu idi. Uildlərlə kitabın söyləyəməyəcəyini bu sərgidə görüb duymaq, planetin sosial, siyasi, təbii mənzərəsini əxz etmək olardı. Müharibə, sülh mövzusu isə ekspozisiyanın ana xəttini təşkil edirdi. Foto incəsənəti sənədli sənət olduğundan bu, heç təsadüfü deyildi. Axı bu minillikdə az qala planetin yarısından çoxu müharibə, mücadilə alovunda qovrulur. Milyonlarla qaçqın, köçkün mövcudluğun son həddində yaşayır. Bəşərin ən köməksiz təbəqəsi uşaqlar, qadınlar ahılların güzəranı ürək dağlayır. İnsanlığın ən ümdə haqlarından təhsil, tərbiyə, müalicə, doyunca qidalanmaq, öz eveşiyində böyümək imkanlarından belə məhrum edilmiş körpələrin baxışları foto sərginin stendlərindən cəmiyyətə ittiham kimi səslənirdi. İstər Latın Amerikası ölkələrinin, istər Afrika qitəsi, Avropa Asiya məkanı fotoqraflarının yaradıcılığı olsun, uşaq obrazları ölkədə baş verdiyini lakonik şəkildə nümayiş etdirirdi. Çinli Vu Qi, İranlı Mehdi Monem, Hindistandan Atul Loke, Perudan Mörfi Himenes digərlərin obyektivlərindən çıxan foto səhifələrdə böyüklərin yaratdığı problemlərin acısını ilk növbədə çəkən uşaqlar böyük ustalıqla təsvir edilmişdi. Lakin əbəs deyilməyib ki, uşaq nikbinliyi hər şeyə qalib gəlir. Hansı vəziyyətdə yaşamalarından asılı olmayaraq qəlblərinin təmizliyi, həyata baxışlarının saflığı hər cür mərhumiyyətlərə qalib gəlməyə qadirdi. Bu mənada M.Himenesin Kulpa uşaqları major əhvalruhiyyəsi ilə gələcəyə, həyata himn kimi səslənir. Şəkilləri çəkilən uşaqların təbiət övladlarının safsağlam görünüşləri, onların patetik ciddiyyətindən doğan yumor hissi, kompozisiyaya təntənəli pafos aşılayır. Həyatın hər cür təzahürünü bayram kimi qəbul etməyin bariz nümunəsini ifadə edir.

İstedadlı sənətkarın obyektivindən çıxan adi çəpər belə dərin fəlsəfi ümumiləşmələrə gətirib çıxara bilər. İsrail fotoqrafı Tamir Şer sərgiyə təqdim etdiyi əsərlərində müxtəlif materiallardan qurulmuş divarları təsvir etməklə sanki deyir: Tarix boyu insanlar divarlarla birbirindən təcrid olunmağa çalışmışlar. Lakin divarlar qədər qalın, qəlbi olsalar belə, hansı materialdan hazırlansalar da keçilməz deyillər. Xüsusilə insani münasibətlərin, mədəni xeyirxah niyyətlərin qarşısında heç bir divar tab gətirə bilməz. Möhtəşəm Çin səddi xalqların birbiriylə təmasına, qaynayıbqarışmasına sipər çəkə bilməyib. Onun müqabilində İpək yoluyladasa insanlar yaratdıqları yaxşı varsa ətraf ölkələrə yayıb, birbirinin yaradıcılığından faydalanıblar.

Bəşəri sualların Çin çözümü Cənubi Azərbaycandan olan, artıq 30 ilə qədər Parisdə yaşayan Reza Diqqətinin yaradıcılığında da geniş yer alıb. 2009-cu ildə Çinə səyahətindən sonra orda çəkdiyi fotolardan bütöv bir albom nəşr etdirib. Dünyanın az qala bütün konfliktli ərazilərində olmuş Reza Diqqəti milyondan çox foto çəkib, 23 foto albom nəşr etdirib. Təsadüfi deyil ki, son zamanlarda çapdan çıxmış fundamental foto albomunu da Müharibə sülh adlandırıb. Avropa Amerikanın ən mötəbər jurnalları ilə əməkdaşlıq edən Reza Əfqanıstanda, Azərbaycanda təhsil lahiyələri həyata keçirib, qaçqınlar üçün məktəb inşa etdirib. Onun foto sənətinə yiyələndirdiyi tələbələri dünyanın bütün qitələrində yaşayıb işləyir. Parisdə fəaliyyət göstərən Vebstan foto sindikatı sözün həqiqi mənasında mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa, anlaşmaya xidmət edən bir sənət ocağıdır.

Paris sərgisində əsərləri nümayiş etdirilən daha bir azərbaycanlı fotoqraf Sənan Ələsgərov idi. Bir çox beynəlxalq müsabiqələrdə qalib gəlmiş, qızıl medallara layiq görülmüş S.Ələsgərovun fəlsəfi ümumiləşmələrlə zəngin, gözlənilməz kompozisiya həlli ilə diqqəti cəlb edən əsərləri həqiqətən sərginin seçmə eksponantlarından idi. Sitarənin zühuru digər foto səhifələri öz ekzistensal ruhu, yüksək estetik qayələri ilə parislilərin ürəyini fəth etmişdi.

Parisdəki II Beynəlxalq foto biennalının ən maraqlı cəhətlərindən biri ilk dəfə İran fotoqraflarının əsərlərindən ibarət böyük bir sərginin ayrıca təşkil olunması idi. İranda foto sənətinin ilk nümunələri 165 il öncə meydana gəlmişdi. Bu tarixi ekskursdan başlayaraq, bu günkü günlərədək uzun bir dövrün foto seçmələrindən düzənlənmiş ekspozisiya böyük təəsurat bağışlayırdı. İran deyilən qapalı mühitdə necə böyük enercinin çağladığını, yaradıcılıq imkanlarının vüsətini göstərirdi. Sərgidəki fotoların müəllifləri arasında çoxlu qadın fotoqrafların olması da tamaşaçılar üçün gözlənilməz töhfə idi. bu qadın müəlliflərin orijinal dünyabaxışlarına, sənətkarlıq səviyyələrinin təkrarsızlığına heyran qalmamaq olmurdu.

İran fotoqraflarının Misir, Əlcəzair, Livan, Suriya, Çin digər ölkələrdən əsərlərini təqdim edən qadın həmkarlarının da yaradıcılığı biennalda çox maraqla qarşılandı. Onların geniş fantaziya ilə şəkillərdə sənədləşdirdiyi həyat materialları Şərq qadını haqqında yaranmış stereotipləri tamamilə iflasa uğradırdı.

Beləliklə, Parisdə hələ davam edən II Beynəlxalq foto biennalı mədəniyyətlərin, sivilizasiyaların dialoqunda samballı səhifələr açmaqdadır.

 

 

Sara Oğuz NƏZİROVA

 

525-ci qəzet.- 2009.- 13 noyabr.- S.2.