Bəstəkarlar İttifaqının 75 illiyi silsilə tədbirlərlə qeyd olunub

 

Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarları: uşaqlara devizi altında konsert olub. İttifaqın 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirə Rusiya, Ukrayna, Tacikistan, Qazaxıstan digər ölkələrin bəstəkarlar təşkilatlarının rəhbərləri qatılıblar. Tədbirdə çıxış edənlər milli musiqi irsinin əhəmiyyətini önə çəkərək onun qorunmasının inkişafının vacibliyini bildiriblər.

Ayrı-ayrı musiqi məktəblərində təhsil alan istedadlı yeniyetmələr görkəmli Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, A.Zeynallı, F.Əmirov, A.Məlikov başqalarının əsərlərini ifa ediblər.

Sonra 12 nömrəli Uşaq Musiqi Məktəbinin VIII sinif şagirdi Aida Əmirovanın işlərindən ibarət sərgi nümayiş etdirilib. İttifaqın 75 illik yubileyi çərçivəsində növbəti tədbir sözügedən qurumun Ü.Hacıbəyli adına konsert salonunda baş tutub. Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən ikihissəli kamera musiqisi konsertində əməkdar incəsənət xadimləri Elnarə Dadaşovanın Lay-lay Sənə düşüb meylim romansları, Cəlal Abbasovun Yallı, beynəlxalq müsabiqələr laureatı İlham Abdullayevin Rəqs, Elmir Mirzəyevin 5 üslub, Nərgiz Şəfiyevanın Mahnı dağlarda qaldı kompozisiyası, sənətşünaslıq namizədi Adilə Yusifovanın Parisdə tənha Rəna Qədimovanın Eskizlər əsərləri, Məmməd Cəfərovun piano üçün Prelüdləri ifa edilib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.