Gənclər avanqardda: səslər rənglər aləmində müzakirə edilib

 

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində gənc bəstəkarların estrada musiqisindən gənc rəssamların sərgisindən ibarət Gənclər avanqardda: səslər rənglər aləmində mövzusunda məclis keçirilib. ABİ-nin mətbuat xidmətindən verilən məlumata görə, incəsənətin müxtəlif sahələrini təmsil edən gəncləri bir araya gətirmək məqsədi daşıyan məclis Məsud Kazıminin dirijorluğu ilə Con tempo solistlər ansamblının (bədii rəhbər Nizami Zeynalovdur) ifasında gənc bəstəkar Vasif Allahverdiyevin Muğamsayağı əsəri ilə açılıb.

Məclisdə gənc bəstəkarlardan Rüfət Xəlilovun Tapmacalar, Tahir İbişovun Buxarlanma, Ayaz Qəmbərlinin Köhnə qrammofondan vals, Türkər Qasımzadənin Turş gilənar dadlı fikirlər, Xədicə Zeynalovanın E-D-Es, Firudin Allahverdinin Çayxana əsərləri, Kərəm Əkbərin simli kvintet üçün Noneti Aliyə Məmmədovanın Triosu səslənib.

Tədbir çərçivəsində gənc rəssamlardan Rəna Əmrahova, Leyla Mirzəzadə, Əsmər Nərimanbəyova, Vüqar Quliyev Rəşad Babayevin müxtəlif mövzulu əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Gənclərin yaradıcılığına həsr olunmuş tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə iştirak edib.

Ötən gün həmçinin gənc bəstəkarların əsərlərinin lent yazısında dinlənilməsi müzakirəsi təşkil olunub.

 

SARA

 

525-ci qəzet.- 2009.- 18 noyabr.- S.7.