Üzeyir Hacıbəylinin Bakıdakı Ev-Muzeyində

 

Ziyarətiniz qəbul olsun

 

Günümüzün gəncliyi gündəlik qayğılarla yüklənən, gerçək bəzən uydurma problemlərin məngənəsində sıxılan cəmiyyətin bir hissəsidir. Görünür, elə bu səbəbdən hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin önəmli bir qisminin toplandığı muzeylərə münasibəti bütövlükdə cəmiyyətin yanaşmasından çox da fərqlənmir. Bəlkə biganəlik, inkarçılıq baxımından bu münasibət daha da xoşagəlməz arzuolunmazdır. Gənclərin çoxunda mədəni sərvətlərimizin cəmləndiyi muzeylərə qarşı laqeydlik hiss olunur. Xüsusən görkəmli şəxsiyyətlərin ev-muzeylərinin ziyarətçiləri sırasında gənclər nadir hallarda gözə dəyirlər. Oxucularımızı muzeylərə qiyabi ziyarətə aparacaq reportaj-ekskursiya silsiləsi hazırlamaqla ilk növbədə gənclərdə maraq oyatmaq, onların diqqətini cəlb etmək niyyətindəyik. Ümidvarıq ki, indi ilk nümunəsini təqdim etdiyimiz bu yazılar silsiləsi gənclərimizin bir çoxunda Azərbaycan muzeylərilə əyani tanış olmaq, maddi-mədəniyyət abidələrimizin, dəyərli şəxsiyyətlərimizlə bağlı xatirə əşyalarının qorunduğu sərgiləndiyi məkanlarımıza baş çəkmək istəyi yaradacaq.  

 

REPORTAJ-EKSKURSİYA

 

...Şuşa şəhəri. Çox yaraşıqlı bir ev. Bu evdə 1885-1899-cu illərdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaşayıb. İçində balaca bir taxt, mütəkkə, yerdə kiçik qədim xalça olan vin ətrafı meyvə ağacları ilə əhatə olunub. Həyətdə çarhovuz, su quyusu, arx, səhəng var... Nəfis şəkildə tərtib olunmuş bu maket dahi Üzeyir Hacıbəylinin Şuşadakı ata ocağını əks etdirir. Amma çox təəssüf ki, bütün bu gözəllikləri Şuşada yox, hələlik yalnız dahi bəstəkarın Bakıdakı Ev-Muzeyində seyr etməli oluruq. Muzey Şamil Əzizbəyov küçəsi, ev 67 ünvanında yerləşir. Hazırda muzeyin direktoru bəstəkar Sərdar Fərəcovdur.

Ekspozisiya kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərovanın bələdçiliyilə ziyarət etdiyimiz muzeyin rəsmi açılışı 1975-ci il noyabrın 20-də olub.

Ziyarətə RƏSMLƏRİN TOPLANDIĞI OTAQdan başlayırıq.

Bu otaqda görkəmli rəssamlar Mikayıl Abdullayev, Nəcəfqulunun, Ənvər Əliyevin digərlərinin Üzeyir bəyin həyatının fərqli dövrlərini əks etdirən əsərləri yer alıb.

Yolumuz bəstəkarın İŞ OTAĞInadır. Əvvəldə haqqında söz açdığımız maket – Hacıbəylilərin Şuşadakı evinin kiçik modeli elə bu otaqdadır. Həmin ev 1959-1992-ci illərdə Ü.Hacıbəylinin ev-muzeyi kimi fəaliyyət göstərib. Şuşanın işğalından bir ay əvvəl mədəniyyət naziri Polad Bülbüloğlunun köməkliyi ilə oradakı eksponatlar Bakıdakı ev-muzeyinə gətirilib. Gətirilənlər içərisində şəxsi əşyalar – Üzeyir bəyin qaragül dərili papağı, geyimləri, eynəyi, paltosu, Qoridə təhsil alarkən çaldığı skripkası, yazı ləvazimatları, şəxsi albomu, anasının gəlinlik paltarı, muzeyə yadigar verilən kitablar ən əsası, həyətlərindəki armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağı var. Otaqdakı radioqəbuledici (bəstəkarın 60 illik yubileyi münasibətilə Radio Komitəsinin əməkdaşları hədiyyə ediblər), mebellər, yazı masası, kəfkirli divar saatı (özü bu saatı “mənim ağıllı saatım” adlandırırmış), alman istehsalı olan “Bekker” royalıKoroğlu” operası, “Sənsiz” “Sevgili canan” romanslarını bu royalda bəstələyib), royalın üstündə skripkaLeyli Məcnun” operasının ilk tamaşasında bu skripkada ifa edib), güldan (Azərbaycan–Kanada Federasiyasının sədri doktor Səid Kazımi hədiyyə edib, üzərindəÜzeyir bəyin əksi xoş sözlər həkk olunub), bürünc “Kinovatson” mükafatı (2008-ci ildə Moskvada keçirilən “Kinovatson” müsabiqəsində “Ən gözəl musiqi əsəri” nominasiyası üzrə Ü.Hacıbəylinin ölməz irsinə görə təqdim edilib) dərhal diqqəti çəkir. Yazı masasının üstündə alma ağacından hazırlanmış qədim ingilis tənbəki çubuğu, “Koroğlu” siqaret qutusu, gümüş qapaqlı iki mürəkkəbqabı, mərmər prespopye (mürəkkəblə yazandan sonra mətni qurutmaq üçün), P.İ.Çaykovskinin kiçik büstü (Üzeyir bəyin bu dahi rus həmkarına dərin rəğbəti olub), qol saatı, telefon aparatı, eynək, qələmqabı, gümüşlə işlənmiş qovluq var. Sona çatdırmağa macal tapmadığı “Azərbaycan” simfonik poeması “Firuzə” operasının səhifələri masanın üzərində qalıb. Kitab dolabında azərbaycancadan əlavə, ərəb, fars, rus, gürcü dillərində nəşrlər var onlar fəlsəfi, ictimai-siyasi mövzulardadır (Üzeyir bəy bu əcnəbi dillərin hər birində danışmağı yazmağı bacarıb). Həmin kitabların səhifələrində Üzeyir bəyin qeydləri durur. İş otağında Elmlər Akademiyası əməkdaşlarının ona 60 illik yubileyilə əlaqədar hədiyyə etdikləri xalça asılıb. 24 sutkaya hazır olan xalçanın qeyri-adiliyi ondadır ki, bir çox bölgənin ornamentlərini özündə əks etdirir. Xalçanın mərkəzində bəstəkarın portreti, “Leyli Məcnun”, “Koroğlu” operalarından səhnələr var. Yuxarı tərəfdəki tank şəkli Üzeyir bəyin II Dünya Müharibəsi illərində cəbhədəki döyüşçülərimizə göstərdiyi yardımın simvoludur. Aşağı hissədə Şərq Qərb musiqi alətləri bir yerdə təsvir olunub. Azərbaycan musiqi tarixində bu alətlərin vəhdətini ilk dəfə, özünün “Leyli Məcnun” operasında məhz Ü.Hacıbəyli yaradıb. Otaqda rəssam Mikayıl Abdullayevin naturadan çəkdiyi portret (1943) var.

YATAQ OTAĞInda taxt, geyim dolabı, konsertlərdə dirijorluq edərkən geyindiyi frak, şkaflar, lampa, həyat yoldaşı Məleykə xanımın büstü, ailə üzvlərinin rəsmləri yer alıb. Küncdəki kiçik dolabın üstündə çini külqabı, fil fiquru, kətan dəsmal elektrik alışqanı yer alıb. Otağın aşağı hissəsindəki komodun üstündə Almaniyanın “EHRİCH and QRAET” firmasında istehsal edilmiş lampa, təraş dəsti, bəstəkarın eynəyi stolüstü güzgü qoyulub.

Daxil olduğumuz ÜMUMİ OTAQda Üzeyir bəy haqqında deyilən fikirlər, yubiley ya yeni əsər münasibətilə verilən hədiyyələr, rəsmlər sıralanıb. Musiqi nəzəriyyəsi kafedrasının professorluq attestatı, deputat mandatı nişanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Müharibə illərində fədakar əməyə” görə medalı medalın vəsiqəsi, ordunun tank qoşunlarına maddi köməyilə bağlı dövlət başçısı İ.Stalindən aldığı təşəkkür teleqramı da buradadır.

YEMƏK OTAĞInda stol, stullar, soyuducu (Amerikanın “Leonardo” şirkətinin istehsalıdır), radioqəbuledici, patefon digər əşyalar var. Otağın mərkəzində yerləşən stola süfrə salınıb, üstünə iki nəfərlik yemək dəsti, XVII- XVIII əsr Çin sənətkarlarının əl işi olan böyük plov buludu qoyulub. Bu qab vaxtilə Üzeyir bəyin ana babası Kərbəlayi Ələkbərin süd bacısı Xan qızı Xurşidbanu Natəvana məxsus olub. Onu muzeyə Natəvanın nəticəsi Leyla xanım Usmiyeva verib. Şüşəbənd otaqdakı divarboyu vitrinlərdə bəstəkarın əsərlərinin partituraları, klavirləri, “Üzeyir Hacıbəyov Ensiklopediyası” (Qulam Məmmədli hazırlayıb), həyat yaradıcılığı haqqında yazılan elmi işlər, monoqrafiyalar toplanıb.

Müasir avadanlıqlarla təchiz olunmuş KİÇİK KİNOZALda ziyarətçilər Üzeyir bəyin əsərləri əsasında çəkilmiş bədii filmlərə, onun həyat yaradıcılığından bəhs edən sənədli ekran işlərinə baxa bilirlər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar bu dəyərli məkanı ziyarət edərək, muzeyin “Xatirə” kitabına hərarətli ürək sözlərini yazıblar.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 19 noyabr.- S.7.