YUNESKO-da Azərbaycan Günü çərçivəsində silsilə tədbirlər keçirilib

 

YUNESKO-da Azərbaycan Günü çərçivəsində Azərbaycan qadını: dünən, bu gün sabah elmi konfransı, görkəmli alim Musa Əliyevin həyat yaradıcılığına həsr olunmuş simpozium dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyilə bağlı təşkil edilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, mərasimdə iştirak etmək üçün Parisdə olan Azərbaycanın baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərliyilə nümayəndə heyətinin tərkibinə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, tanınmış elm mədəniyyət xadimləri daxil idi. Tədbirlər Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş Azərbaycan qadını: dünən, bu gün sabah adlı konfransla başlayıb. Konfransı Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi, səfir Eleonora Hüseynova açaraq, Azərbaycan Günü ilə bağlı tədbirlərdən danışıb, belə bir günün YUNESKO-da keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Elçin Əfəndiyev isə YUNESKO-da Azərbaycan Gününün keçirilməsini ölkəmiz üçün tarixi bir hadisə olduğunu qeyd edib. Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev milli diplomatiyanın yaranma tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildirib.

YUNESKO baş direktorunun müavini Hans Orvill bu tədbirlərin onun təmsil etdiyi qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasından xəbər verdiyini diqqətə çatdırıb. Fransa Strateji Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, Yol jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Berti Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof AMEA-nın müxbir üzvü, kimyaçı alim Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat diplomatiya, incəsənət elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək seçilmək hüququnun verilməsindən söz açıblar.

Azərbaycan Günü çərçivəsində dünya şöhrətli alim, ölkəmizdə geologiya elminin inkişafında xüsusi xidmətləri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri Musa Əliyevin 100 illiyilə bağlı simpozium da keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyev simpoziumda çıxış edərək Musa Əliyev kimi görkəmli alimin 100 illiyinin YUNESKO-da qeyd edilməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. YUNESKO-nun baş direktorunun təbii dəqiq elmlər üzrə müavini M.Erdelen belə bir tədbirdə iştirakın onun üçün şərəf olduğunu qeyd edib. Fransanın Total şirkətinin təmsilçisi Katrin Qrasse neft sənayesinin inkişafında xüsusi xidmətləri olmuş Musa Əliyevin elmi fəaliyyət ənənələrinin bu gün yaşadığını söyləyib Total şirkətinin Azərbaycandakı işi barədə məlumat verib. Akademik Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva babaları Mir Cəlal Paşayevin Musa Əliyevin yubileylərinin YUNESKO-da qeyd edilməsindən məmnunluq hissi keçirdiyini söyləyib.

Azərbaycan Günü çərçivəsində YUNESKO-nun Segük sərgi salonunda dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi isə bütün toplaşanlar tərəfindən həmin günkü tədbirlərin məntiqi sonluğu kimi dəyərləndirilib. Sərginin açılışında baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev dünya boyakarlıq sənətində Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu bildiriblər. Onlar ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini, yaratdığı tablolarda tamaşaçıya Vətənə məhəbbət hissi aşıladığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, mərhum dövlət başçısı Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi önəm verdiyini deyiblər. Dünyanın müxtəlif ölkələrindən gəlmiş tədbir iştirakçıları arasında alimlər, diaspor nümayəndələri ilə yanaşı Azərbaycanın böyük dostu, görkəmli yazıçı Oljas Süleymenov da olub. Tamaşaçılar Səttar Bəhlulzadənin bir neçə orijinal əsəri 80-ə yaxın fotoreproduksiyanı böyük maraqla seyr ediblər. Ekspozisiyada sərgilənən əsərlərin kiçik formatda hazırlanmış fotoreproduksiyaları qonaqlara hədiyyə olunub.

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.23.