Heydər Əliyev Sarayında aşıqların konserti olub

 

Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə УƏsrarəngiz sazım, sözüm mənimФ adlı aşıq konserti keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub dövlətin aşıq sənətinə göstərdiyi qayğı diqqətdən razılığını bildirib. O, aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsinin bu qayğının nəticəsi olduğunu söyləyib. Şair Məmməd Aslan isə aşıq sənətinin Azərbaycan mədəniyyətinin kökü olduğunu vurğulayıb bu kökə göstərilən qayğını yüksək qiymətləndirib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsert iki hissədən ibarət olub. Konsertdə Cahangir Quliyev, Ulduz, Tərmeyxan Qurbanov, Əhliman Rəhimov, Telli Borçalı, Gülarə Azaflı, Ədalət Dəlidağlı, Altay, Zülfiyyə İbadova, Samirə Əliyev, Ramin Qarayev, Fəzail Miskinli digər aşıqlar çıxış ediblər. Aşıqların aşıq geyimində yox, müasir kostyumda səhnəyə çıxması diqqəti çəkib.

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə bildirib ki, aşıqların konsertinin təşkilində sarayın direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev xüsusi rol oynayıb. Mətbuat katibi bundan sonra tez-tez bu cür konsertlərin keçiriləcəyini deyib.

 

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.23.