Afinada Elçin İsgəndərzadənin şeirlər kitabı çıxıb

 

Yunanıstanın paytaxtı Afinada şair Elçin İsgəndərzadəninŞairlər qanda ulduz görüradlı şeirlər kitabı nəşr olunub. Kitab sözügedən ölkəninEpikinonia AE” Yayın Evi tərəfindən çap edilib. Bugünlərdə şairin iştirakı ilə Afina, Saloniki Komotini şəhərlərində kitabın təqdimat mərasimi müəlliflə görüş keçirilib. Şairin qəzetimizə verdiyi məlumata görə, səfər çərçivəsində E.İsgəndərzadə Rodop-Evros vilayətinin qubernatoru, bələdiyyə sədri, Türkiyənin Komotini Baş konsulu, Dimokritus Universitetinin rektoru digər elmi-mədəni təşkilatların rəhbərləri ilə görüşüb.

Rodop-Evros vilayətinin qubernatoru Georgios Minopoulos tərəfindən professor Esgəndərzadəyə vilayətin fəxri vətəndaşı ünvanı və vilayətin rəmzi medalı təqdim edilib.

Şairin şeirlərini yunancaya Ceni Kaçari, Emre Ahmet, Hasan Ahmet, Damon Damianos, Hakan Mümin, Mustafa Çolak ve Şefaat Ahmet çeviriblər.

Kitabın cildində içərisində tanınmış Yunanıstan rəssamı Füsun Sukanın əsərlərindən istifadə olunub. Kitab şairin səfəri haqqında Yunanıstanda yayınlananParatiritis”, “Xronos”, “Millet”, “Cumhuriyet”, “Birlik”, “Gündem”, “Trakyanın Sesi digər mərkəzi qəzetlərdə ətraflı məlumat verilib, şairlə müsahibələrə onun yunanca şeirlərinə geniş yer ayrılıb.

Xatırladaq ki, indiyədək Yunanıstanda heç bir azərbaycanlı yazarın kitabı çap olunmayıb, sözügedən nəşr bu sıradan ilk nümunədir.

İndiyədək E.İsgəndərzadənin əsərləri Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya, Ukrayna, İraq, Makedoniya, İran, Qırğızıstan, Suriya, Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrdə çap olunub. Şairlər qanda ulduz görürkitabı isə ümumilikdə E.İsgəndərzadənin xaricdə nəşr edilən 23-cü kitabıdır.

 

 

S.MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2009.- 21 noyabr.- S.23.