Dağ çiçəklərialmanaxı təqdim olunub

 

Yazıçılar Birliyində (AYB) İsmayıllı rayonunda fəaliyyət göstərənDağ çiçəkləriƏdəbi Məclisinin eyniadlı almanaxının təqdimatı keçirilib. Kitabda Bakıda yaşayan, əslən İsmayıllı rayonundan olan, həmçinin indi orada yaşayıb-yaradan şairlərin şeir hekayələri toplanıb. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, kitabda 77 müəllifin 500-dən çox əsəri yer alıb. Müəlliflər tanınmış şair Musa Yaqub Əkrəm Şirinov tərəfindən yaradılan, vaxtilə İsmayıllıda müəllim işləyən görkəmli yazıçı Fərman Kərimzadənin xeyir-duası ilə fəaliyyətə başlayanDağ çiçəkləriədəbi məclisinin üzvləridir.

Tədbirdə çıxış edən AYB-nin katibi, xalq yazıçısı Fikrət Qoca, şairlər Musa Yaqub, Maarif Soltan, Şahməmməd Dağlaroğlu, Əzizə Ağahüseynqızı, tənqidçi Vaqif Yusifli başqaları İsmayıllının gözəl təbiəti kimi rəngarəng olan bu nəşri böyük nailiyyət kimi dəyərləndiriblər. Tədbirdə iştirak edən şairlər yeni şeirlərini oxuyublar.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 24 noyabr.- S.7.