Xalq artisti Ceyran Haşımovanın yubileyi qeyd olunub

 

M.Maqomayev adına Dövlət Filarmoniyasında görkəmli tarzən, xalq artisti, “Laləqızlar ansamblının bədii rəhbəri Ceyran Haşımovanın yubiley gecəsi keçirilib.

TədbirLaləqızlar ansamblının ifasında Ü.HacıbəylininKoroğluoperasının uvertürası ilə başlayıb. Yubiley gecəsində Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva başqaları xalq artistinin ömür yaradıcılıq yolunu vərəqləyiblər: “Ceyran Haşımova 1934-cü il martın 8-də Bakıda dünyaya gəlib. 1958-ci ildə Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrindəSazqrupunun konsertmeysteri olub. Orta təhsilini şəhər 32 nömrəli məktəbdə başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin tar sinfinə qəbul olub. Ceyran Haşımova ömrünün 50 ildən çoxunu milli mədəniyyətimizin inkişafına, eləcə musiqimizin təbliğinə həsr edib

Tədbirdə ayrı-ayrı musiqi kollektivləri yubilyarı təbrik edib, tanınmış ifaçılar xalq bəstəkar mahnılarını səsləndiriblər. Filarmoniyanın foyesində yubilyarın həyat yaradıcılıq yoluna aid fotoşəkillər sərgilənib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 3 oktyabr.- S.23.