Xanəndə Əvəzxan Xankişiyevin 60 illik yubileyi keçirilib

 

Qobustan rayon Mədəniyyət Evində tanınmış xanəndə Əvəzxan Xankişiyevin anadan olmasının 60 illik yubileyi qeyd edilib.

Tədbirdə çıxış edənlər Ə.Xankişiyevin Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Şakirin layiqli davamçısı olduğunu önə çəkiblər. Yubiley mərasimində ustad xanəndə Sabir Mirzəyev, Şirvanın tanınmış aşıqları Aşıq Əvəz, Aşıq Abbas, Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, həmçinin gənc musiqiçilərin ifaları səslənib.

 

 

525-ci qəzet.- 2009.-  3 oktyabr.- S.23.