Ərtoğrul Cavid ədəbi-bədii gecə ilə yad edilib

 

Atatürk Mərkəzində Hüseyn Cavid Fondu Turan Cavid Qadın Mərkəziİctimai Birliyinin birgə təşkilatçılığı ilə istedadlı bəstəkar, dünyasını erkən dəyişmiş Ərtoğrul Cavidin 90 illik yubileyi qeyd olunub. Bununla bağlıƏbədi Türk Birliyinin Ərtoğrullarıadlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, millət vəkilləri Gültəkin Hacıyeva, Məlahət Həsənova, Türkiyənin Yedditəpə Universitetinin professoru Mehmet Saray, Kazım Qarabəkir paşanın övladları Timsal Qarabəkir və Hayat Feyzioğlu, alimlər Kamran Əliyev, Tahirə Məmmədli və başqaları çıxış edərək, Cavid nəsli və Ərtoğrulun həyatı, yaradıcılığı barədə danışıblar.

Tədbirin sonunda Ərtoğrul Cavidin musiqi əsərləri incəsənət ustalarının ifasında səsləndirilib və Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.