Şəkidə balaca rəssamlarYaddan çıxmaz Qarabağrəsm aksiyasına qoşulublar

 

Oktyabrın birinci həftəsindən Azərbaycanda “Yaddan çıxmaz Qarabağ” adlı mədəni-siyasi aksiya - incəsənət həftəsi start götürüb. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə artıq ikinci ildir keçirilən həftə çərçivəsində oktyabrın 6-da Şəki şəhər incəsənət məktəbindəQarabağ uşaqların yaddaşındaadlı asfalt üzərində rəsm aksiyası gerçəkləşib. Tədbirdə şəhər mədəniyyət turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək deyib ki, bu aksiya yeniyetmə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, həmçinin Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin daha geniş təbliği məqsədi daşıyır”.

 Sonra aksiyaya qatılan 20-dən artıq gənc rəssam asfalt üzərində öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirib. Onların çəkdikləri rəsmlərin mövzusunu əsasən vətənə məhəbbət, Azərbaycan əsgərinin qəhrəmanlığı, düşmənə nifrət hissi təşkil edib.

Tədbirin sonunda münsiflər heyətinin rəyinə əsasən aksiyanın qalibləri müəyyənləşdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 8 oktyabr.- S.7.