Pianoçu Murad Hüseynovla görüş olub

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunun üzvlərinin xahişi ilə pianoçu, əməkdar artist Murad Hüseynovla Niyazinin mənzil-muzeyində görüş keçirilib. Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açaraq, M.Hüseynovun həyat yaradıcılığı barədə ətraflı danışıb. Görüşdə pianoçunun ölkəmizdə xaricdə keçirilmiş müxtəlif konsertlərindən videogörüntülər nümayiş etdirilib. Sonra M.Hüseynov Qara Qarayevin, Cövdət Hacıyevin, Sergey Raxmaninovun, Klod Debüssinin, Fransis Pulenkinin əsərlərini ifa edib görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 9 oktyabr.- S.7.