Azərbaycan folkloruUlduz salxımında

 

Rusiyada MDB klassik ədəbiyyatı silsiləsi çərçivəsində Azərbaycan folkloru ədəbiyyat nümunələri haqqında yeni kitab nəşr olunub. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən verilən xəbərə görə, “Ulduz salxımıadlanan kitab MBD ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə işıq üzü görüb. Rus dilində 3000 tirajla çap olunan kitabın müəllifi Moskvada yaşayan soydaşımız, filologiya elmləri doktoru, DAK həmsədrlərinin MDB üzrə müavini Abuzər Bağırovdur. Kitabda Azərbaycan şifahi yazılı xalq ədəbiyyatından seçmələr verilib. Miflər əfsanələr, bayatılar, laylalar, atalar sözləri, nağıllar kimi folklor nümunələri ilə açılan kitabın növbəti bölməsindəKitabi Dədə Qorquddastanı bütövlükdə təqdim olunub. “Aşıq poeziyasıbaşlığı altında Aşıq Qurbaninin, Aşıq Alının Aşıq Ələsgərin şeirləri verilib. N.Gəncəvi, M. Füzuli, M. Ş Vazeh, H. Cavid kimi, Azərbaycan yazılı ədəbiyyatının 19 görkəmli ədibinin əsərləri onların hər birinin həyat yaradıcılığı haqqında qısa məlumatPoeziyabölməsində yer alıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 15 oktyabr.- S.7.