Qəşəm Nəcəfzadə yeni kitabını oxucular üçün imzalayıb

 

Dünən Azərbaycan Yazıçılar BirliyininBayatıkitab mağazasında şair Qəşəm Nəcəfzadənin yeni şeirlər kitabının imza günü keçirildi. Tədbiri ənənəvi olaraq AYB-nin katibi Rəşad Məcid açaraq, imza günlərinin əhəmiyyətindən Q.Nəcəfzadənin yaradıcılığından danışaraq, sözü tanınmış şair Ənvər Əhmədə verdi. Ənvər Əhməd Q.Nəcəfzadənin şəxsiyyət yaradıcılığı barədə fikirlərini bölüşdü. Daha sonra şairə Mahirə Abdulla çıxış edərək, Q.Nəcəfzadənin şeirlərinin orijinallığından söz açdı, bu barədə nümunələr gətirdi. Tənqidçilər Vaqif Yusifli Balayar Sadiq Q.Nəcəfzadə yaradıcılığının xüsusiyyətlərindən danışdılar. Q.Nəcəfzadənin şeirlərini ingiliscəyə çevirən Sevil Gültənin çıxışı bu barədə oldu. Şairlər Dayandur Sevgin, Səlim Babullaoğlu, Əkbər Qoşalı müəllifi təbrik edərək, yeni uğurlar arzuladılar. Şairin oğlu, gənc yazar Kəramət Böyükçöl atasının yaradıcılığı barədə öz fikirlərini tədbirə toplaşanlarla bölüşdü.

Sonda Qəşəm Nəcəfzadə çıxış edərək, imza gününə qatılanlara minnətdarlığını bildirdi və alınmış kitablara imza atdı.

 

 

525-ci qəzet.- 2009.- 17 oktyabr.- S.23.