Qəşəm Nəcəfzadənin yeni kitabı çapdan çıxıb

 

Tanınmış şair Qəşəm NəcəfzadəninŞirvannəşrnəşriyyatında Qafqaz Universitetinin maliyyə dəstəyiləOğlum qapını , qapıda bir külək ölüradlı şeirlər kitabı çap olunub. Kitabda şairin müxtəlif vaxtlarda əsasən son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərin əsas məzmunu insan düyğularının təbiət cəmiyyət, kainat dünya hadisələri ilə əlaqəsindən, daha dəqiq insan bədii anatomiyasından, ölüm, həyat, müharibə, Allah, sevgi haqqında düşüncələrdən ibarətdir. Adından göründüyü kimi bu kitabda küləyin ölümü ədəbiyyatın, metoforanın, təbiətin, sözün ölümüdür. Bu ölüm, ölümlərin ən gözəli, həyatın isə başlanğıcıdır. Xatırladırıq ki, şairin indiyə kimi 21 kitabı işıq üzü görüb, bunlardan 7-si əcnəbi dillərdə çap olunub.

 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.