Gənc rəssamlar üçün internet vasitəsilə müsabiqə elan edilib

 

Gənclər İdman Nazirliyi MDB ölkələrindən olan gənc rəssamlar arasında internetin köməyilə müsabiqəyə start verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin əsas məqsədi vizual incəsənətin internetin imkanlarından istifadə edərək mədəni müxtəliflik dəyərlərinin inkişaf etdirilməsi olan layihə, MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsidir. Eyni zamanda onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə sərgilərin keçirilməsi, elm yaradıcılığın inkişafı üçün internetdən ünsiyyət vasitəsi kimi istifadənin inkişafı populyarlaşdırılması, internet vasitəsilə incəsənət əsərlərinin nümayişi ideyaların təbliği, vizual incəsənət saytlarının inkişafıdır. Müsabiqənin mövzusunun əsasını Azərbaycan şairi İmadəddin NəsimininMəndə sığar iki cahan, mən bu cahana sığmazam...” şeirinin fəlsəfi-dini ideyası təşkil edir. Şərtlərə əsasən, vizual incəsənət sahəsində peşəkar, həvəskar ya yeni başlayan, müsabiqənin mövzusuna, məqsəd vəzifələrinə uyğun əsər təqdim edən, MDB dövlətlərindən olan 18-30 yaşlı şəxslər internet-müsabiqədə iştirak edə bilərlər. İştirak etmək arzusunda olan şəxslər oktyabrın 25-dək www.artcis.az internet səhifəsində qeydiyyatdan keçməlidir. Qeydiyyat müddəti başa çatdıqdan sonra sözügedən saytda bunun üçün ayrılan səhifə bağlanacaq. Bundan sonra müsabiqənin ikinci mərhələsinə yəni qaliblərin seçimi mərhələsinə start veriləcək.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.