Teatr, təhsil mənəviyyatımız layihəsi həyata keçirilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Suraxanı rayon məktəblilərinin Teatr, təhsil mənəviyyatımız birgə layihəsi gerçəkləşib.

Teatrdan APA-ya verilən məlumata görə, layihənin rəhbəri, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, müəllifləri Rafiq Rəhimli Nigar Əzimovdur. Layihənin gerçəkləşməsində məqsəd teatrla məktəbin bir-birinə yaxınlaşması, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan, onları vətənpərvərlik, sədaqət ruhunda tərbiyə edən teatr tamaşalarına cəlb etməkdir. Layihə Suraxanı rayonundakı 87 saylı orta məktəbə baş tutub. Tədbirdə teatrın ədəbi-hissəsinin rəhbəri Rafiq Rəhimli, xalq artisti Ağaxan Salmanlı Teatr, məktəb, ailə mövzusunda çıxış ediblər. Məktəbin müəllim kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrını məktəblilər üçün tərbiyə ocağı hesab etdikləri belə bir layihəni dəstəklədiklərini bildiriblər.

Tədbirdə teatrın repertuarı barədə geniş söhbət açılıb. Sonra cari repertuarda olan A.Şaiqin Tıq-tıq xanım, S.S.Axundovun A.Şaiqin Qaraca qız, Süleyman Rüstəmin Çimnaz xanım yuxudadır tamaşalarından parçalar oynanılıb. Əməkdar artistlər Lətifə Əliyeva Naibə Allahverdiyeva Səməd Vurğunun Ananın öyüdü, Bəxtiyar Vahabzadənin Bir salama dəymədi şeirlərini söyləyiblər.

 

 

525-ci qəzet.- 2009.- 23 oktyabr.- S.7.