Arif Əziz “Yeni əsr” Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib

 

BUNUNLA ƏLAQƏDAR KEÇİRİLƏN TƏDBİRDƏ GÖRKƏMLİ RƏSSAMA AKADEMİYANIN FƏXRİ DİPLOMU, ÜZVLÜK VƏSİQƏSİ TƏQDİM OLUNUB

 

Azərbaycan milli rəssamlıq sənətinin tarixində XX əsr xüsusi mərhələ təşkil edir. Bu dövrdə istedadlı Azərbaycan xalqı şərəfli tariximizə böyük yazıçı filosoflarla bərabər, qüdrətli rəssamlar da bəxş etdi.

Tanınmış rəssam, əməkdar incəsənət xadimi, professor Arif Əziz belə təsviri sənət ustalarındandır. O, Abşeronun Qala kəndində dünyaya göz açıb. Abşeronun təbiəti Arif müəllimin yaradıcılığına böyük təsir göstərib. A.Əzizin sənətlə tanışlığı hələ uşaq ikən atasının dayısı, ustad daşyonan Məşədi Əbdül Kərimin yanında başlayıb. Sənətə olan sevgi onu Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Qraf Stroqanov adına Moskva Dövlət Ali Bədii-Sənaye İnstitutuna aparıb. Diplom işinin müdafiəsi üçün Polşaya ixtisasartırma kursu keçib. O, “qrafik dizayn” ixtisası üzrə ali rəssamlıq təhsili alıb. Təhsilini bitirdikdən sonra vətənə dönən A.Əziz dizayn sənaye qrafikasından dərs demək üçün İncəsənət İnstitutuna dəvət olunub. O dövrün görkəmli sənətkarları Mikayıl Abdullayev, Tokay Məmmədov, Nadir Əbdürrəhmanov, T.Salahov başqa rəssamlarla birgə çalışıb. Onlarla tanınmış sənətkar yetişdirən rəssam öz sənət məktəbini yaradıb.

A.Əzizin tabloları düşündürücü yaddaqalandır. Onun yaradıcılığı lirik hisslər üzərində qurulub. Rəssamın əsərləri sanki onun daxili aləminə açılan pəncərədir. Bu pəncərədən baxdıqda sanki rəssamın dünyasını, qəlbinin, yaradıcılığının şahidi olursan. A.Əzizin yaradıcılığı zəngindir. O, yaradıcılığı boyu qrafika ilə yanaşı, rəngkarlıq janrında da səmərəli işləyib, istedadlı plakat ustası kimi tanınır. Tabloları Finlandiya, İran, Türkiyə, Almaniya, Rusiya digər ölkələrdə təşkil edilmlş fərdi müştərək sərgilərdə nümayiş olunur.

Rəssam son illərdə rəngkarlıq sahəsində məhsuldar işləyir. Onun tablolarını “Əhvalım”, “Abşeronum”, “Vətənim” silsilələrinə ayırmaq olar. Bu qrupların hər birinin özünəməxsus ifadə tərzi, rəng seçimi var. “Əhvalım” silsiləsində tünd rəng, “Abşeronum” silsiləsində qızılı-sarı, “Vətənim” isə rənglər üstünlük təşkil edir. Son 15-20 il ərizində yaratdığı tablolar bəyaz rənglər üzərində dayanıb. Arif Əzizin tablolarındakı bəyaz rəng onun sənət dünyasının özünəməxsusluğundan xəbər verir. Bildiyimiz kimi, rəng barışığın, günün, səadətin rəmzidir. Bu isə sənətkarın sülhsevər, humanist təbiətli olduğunu göstərir.

Məlumdur ki, çağdaş Azərbaycan rəssamlıq məktəbinin formalaşmasında Dövlət Mədəniyyət İncəsənət Universitetinin rolu misilsizdir. 1960- illərdən üzübəri bir çox qüdrətli rəssamlar hazırlayan universitet bu gün rəssam kadrların hazırlanması sahəsindəki qiymətli tarixi ənənələrini əzmlə davam etdirməkdədir. Arif Əziz 40 ilə yaxındır ki, bu universitetdə dərs deyir professordur.

Bu günlərdə Arif Əzizin yaradıcılıq həyatı ilə bağlı daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Elmi Şura zalında professor müəllim heyətinin iştirakı ilə Arif Əzizə “Yeni əsr” Dünya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilməsilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Universitetin tədris tərbiyə işləri üzrə prorektoru R.Sadıqov açaraq, “Yeni əsr” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silovu universitetin professor, müəllim heyətinə təqdim etdi onun Bakıya məqsədlə gəldiyi barədə məlumat verdi.

Anatoli Silov professor müəllim heyətinə təmsil etdiyi Akademiya haqqında danışdı. Məlum oldu ki, bu Akademiya 130 ölkəni əhatə edir. Akademiyada Avropanın, Asiyanın, Afrikanın, Cənubi Amerika Kanadanın məşhur sənətkarları təmsil olunurlar. Sevindirici haldır ki, Arif Əziz bu Akademiyanın həqiqi üzvləri sırasına 23-cü akademik kimi daxil olur. Xorvatiyadan Bakıya bununla əlaqədar gələn Dünya Rəssamlıq Akademiyasının prezidenti Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin təhsil yaradıcılıq sahəsində əldə etdiyi uğurlara görə universitetin rektoru, professor Timuçin Əfəndiyevə dərin minnətdarlığını bildirdi. Sonra Arif Əzizə “Yeni əsr” Dünya Rəssamlıq Akademiyasının fəxri diplomunu, vəsiqəsini mantiyasını təqdim etdi. Bu əlamətdar məqamı zaldakı hər kəs alqışlarla qarşıladı.

 

 

Aygül TOFİQQIZI,

sənətşünaslıq namizədi,

ADMİU-nun dosenti

 

525-ci qəzet.- 2009.- 28 oktyabr.- S.7.