ADMİU-da yaradıcılıq-ifa işlərilə bağlı hesabat konfransı olub

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində professor-müəllim heyətinin yaradıcılıq-ifa işlərinin hesabat konfransı keçirilib. Konfransı giriş sözü ilə Elm yaradıcılıq işləri üzrə prorektor, professor Maral Manafova açaraq professor-müəllim heyətinin yaradıcılıq-ifa işlərinin yekun hesabatı barədə məruzə edib. Sonra söz universitetin Bədii Şurasının sədri, professor Nəzakət Qazıyevaya verilib. O, 2008-2009-cu tədris ilində yaradıcılıq-ifa işlərinin uğurla yerinə yetirilməsi təhvil verilməsi haqqında hesabat verib.

Konfransda Kino rejissoru operator sənəti kafedrasının, Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq-ifa işlərindən ibarət foto sərgiyə rəsm əsərlərinə baxış keçirilib.

Musiqi sənəti fakültəsinin müəllimlərindən əməkdar artist Yaqut Abdullayeva, əməkdar artist Simarə İmanova, Zakir Əliyev konsert proqramı ilə çıxış ediblər onların çıxışları yaradıcılıq- ifa işi kimi yüksək qiymətləndirilib.

Aktyor sənəti Rejissorluq fakültələrinin müəllimləri əməkdar artist Gülsabah Quliyeva, Kəmalə Mehdiyeva, Əlizaman Mirzəyev digərləri əməkdar artist, professor Gülşad Baxşıyevanın quruluşunda M.F.Axundovun Hekayəti-vəziri-xani Lənkəran Dərviş Məstəli şah komediyasından parçaları məharətlə ifa ediblər.

Səhnə danışığı kafedrasının dosenti, əməkdar artist Ağalar Bayramov Fikrət Qoca Qabilin şeirlərindən ibarət kompozisiyanın bədii qiraəti ilə çıxış edib.

Ümumilikdə konfransın yekununda universitetin yaradıcı fakültələrinin yaradıcılıq-ifa işləri qənaətbəxş hesab olunub.

 

Gündüz ƏLİYEV,

ADMİU-nun I kurs tələbəsi

 

525-ci qəzet.- 2009.- 29 oktyabr.- S.7.