Gənc fotoqrafların sərgisi açılıb

 

Fotoqraflar Birliyinə yeni üzv qəbul olunan fotoqrafların sərgisi açılıb. Birliyin mətbuat xidmətindən bildirdiklərinə görə, qurumun artıq 80-ə yaxın üzvü var. Sədr Asiyət Fətullayevanın sözlərinə görə, belə sərgilər gənc fotoqrafların ruhlandırılması baxımından əhəmiyyətlidir: "Gənc olmalarına baxmayaraq, onların sərgidə təqdim etdikləri işlər dəyərli yüksək səviyyəlidir". Sərgidə Aynur Əliyeva, Diana Kuramşinoy, İlkin Hüseynov, Cavidan Axundov, Məcid Əliyev, Nəzrin Məmmədova, Rövşən Kərimov Zamir Süleymanovun fotoları nümayiş etdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.