Elçin İsgəndərzadədən oxuculara "Xarıbülbül çələngi"

 

Bugünlərdə "Vektor" Nəşrlər Evində şair Elçin İsgəndərzadənin rus dilində "Xarıbülbül çələngi" kitabı işıq üzü görüb. Kitab dünyanın, eləcə Azərbaycanın görkəmli ədəbiyyat ictimai-siyasi xadimlərinin E.İsgəndərzadənini elmi-ədəbi fəaliyyəti haqqında fikirləri ilə açılır. Onların sırasında Çingiz Aytmatov, Rauf Denktaş, İhsan Doğramacı, Yavuz Bülent Bakilər, Məmməd Araz, Muxtar Şaxanov, Mustafa Krımoğlu, Nadırbek Alımbekov, Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Famil Mehdi, Əlibala Hacızadə, Eldar Həsənov, Çingiz Əlioğlu, Nizami Cəfərov başqalarının düşüncələri yer alıb.

Kitabda şairin şeirləri ilə yanaşı "Pikasso və minotavr", "Qoyya", "Lorka və qara ay", "Rəssamın pəncərəsi", "Rəssam və mələk" kimi poemaları oxuculara təqdim olunub.

Şeir və poemaları rus dilinə Vladimir Boyarinov, Maksim Zamşev, Vladimir Qafarov, Mənsurə Vəkilova, Sevinc Heydərova, İnessa Lovkova tərcümə edib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 30 sentyabr.- S.7.