Səlim Müslümov: "Pensiya islahatlarının birinci mərhələsini başa vurmuşuq"

 

Son 6 ildƏ minimum pensiya 6,6 DƏFƏ artıb

 

Ötən gün Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) BMT-nin İnkişaf Proqramının (BMT IP) "DSMF-in potensialının gücləndirilməsi" layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (AİS) təqdimatı keçirilib. Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd edib ki, 2003-cü il sentyabrın 17-də DSMF ilə BMT İP arasında "DSMF-in Potensialının gücləndirilməsi layihəsi" imzalanıb: "Hazırda layihənin beşinci mərhələsi həyata keçirilir. Bu mərhələnin məqsədi DSMF-in bütün yerli şöbələrində Avtomatlaşdırılmış İdarəetmə Sistemindən səmərəli istifadəni təmin etmək, informasiya kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması, ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi, əmək pensiyalarının hesablanması üçün nəzərdə tutulan fərdi uçot sisteminin tətbiqidir. Sığorta-pensiya sistemində İKT-in Avtomatlaşdırılmış İdarəetmə sisteminin tətbiqi DSMF-ə yerli şöbələrin keyfiyyətinin yeni mərhələyə qaldırılmasına imkan verir. Bu yəqin ki, sonuncu mərhələ olacaq ondan sonra yeni bir proqramın icrasına başlanacaq".

Onun sözlərinə görə, saziş çərçivəsində sosial sığorta, pensiya islahatları üçün Azərbaycan hökuməti tərəfindən ayrılan kreditin məbləği müəyyənləşib: "Layihənin ümumi büdcəsi 11 milyon dollardır. Bunun 9 milyon dolları DSMF-in, 2 milyon dolları isə BMT-nin İnkşaf Proqramının qrantı olub. ?Sosial Müdafiə Fondu Dünya Bankı ilə birgə pensiya sosial yardım layihəsi çərçivəsində 6 milyon 500 min dollarlıq layihə həyata keçirib. Bu layihə növbəti ilin əvvəlinə qədər davam edəcək. 6 milyon 500 min dolların 5 milyon dolları Dünya Bankının krediti şəklində layihəyə qoyulub. 1 milyon 500 min dolları fondun büdcəsi hesabına maliyyələşdirilib. İki layihə çərçivəsində dəyəri 17 milyon 500 min dollarlıq işlər icra olunub. Nəticədə bir sıra nailiyyətlər əldə edilib".

Sədrin sözlərinə görə, sosial sığorta kartlarının çap mərkəzi yaradılıb. "Yerli şöbələr üçün 70-dən çox yeni binanın tikintisi, əsaslı təmiri aparılıb. İlin sonuna qədər bu prosesi tam başa çatdıracağıq. Ölkədə bir dənə olsun köhnə ofisimiz qalmayacaq. Bütün rayonlarda yeni şöbələrimiz, avtomatlaşdırılmış yerləri mövcud olacaq. Ola bilsin Bakı şəhərində bir neçə rayonda problemlərimiz yaransın. Bu xüsusilə Səbayel, Yasamal rayonları üçün xarakterikdir. Çünki orada yer baxımından problemlərimiz var".

Onun sözlərinə görə, avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanı əldə edib: "Bu isə rəsmiləşmələrin daha dəqiq aparılmasına onların istənilən zaman əldə edilməsinə şərait yaradıb. Hazırda layihə çərçivəsində DSMF-in mərkəzi ofisi ilə regional rayon şöbələri arasında səmərəli rabitə əlaqəsinin qurulması istiqamətində işlər görülür. Bu məqsədlə fondun rayon şöbələrində beynəlxalq standartlara cavab verən yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Bundan əlavə, layihə çərçivəsində DSMF-in Mərkəzi Arxivi Tədris Mərkəzi yenidən qurulub istifadəyə verilib. Mərkəzi Arxiv az yer tutan, eyni zamanda daha çox sənədin saxlanmasına imkan verən ən müasir texnologiya ilə təchiz edilib. Ən son texnologiya ilə təhciz edilmiş Tədriz Mərkəzi həm baş ofisin, həm regionla şöbələrin əməkdaşları üçün təlim kurslarının təşkili məqsədi ilə yaradılıb".

Məqsədlərdən danışan S.Müslümov bildirdi ki, qarşıda sosial sığorta pensiya təminatının səmərəliliyinin yaxşılaşdırılması, o cümlədən yeni pensiya sisteminə keçidin üstünlüklərini, mexanizmlərini, dəyərini, müddətlərini əks etdirən konsepsiyanın tərtib edilməsi nəzərdə tutulub: "Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə danışıqlar aparırıq. EKO dövlətləri üçün Bakıda sosial sığorta, pensiya məsələləri üzrə regional tədris treninq mərkəzinin yaradılması barədə razılığa gəlməyə çalışırıq".

Fondun əldə etdiyi nailiyyətlərin rəqəmli ifadəsinə gəlincə, S.Müslümov 2003-cü illə 2009-cu illər arasında fərqləri açıqladı: "2003-cü ildə aktivlərimiz cəmi 4,24 milyon AZN- ifadə edilirdisə, altı il ərzində bu 26 dəfə artaraq 110 milyon manata çatıb. Daxilolmalarımız 6 dəfə, məcburi dövlət sosial sığorta haqları 7 dəfə artıb. Əgər 2003-cü ildə 29 faiz sosial sığorta dərəcəsi ilə 181,5 milyon manat vəsait yığmışdıqsa, 2009-cu ildə 25 faiz dərəcəsi ilə 1 milyard 273,6 milyon manat məcburi sosial sığorta haqqı yığılıb. Dövlət büdcəsindən transfertlərin artmasına baxmayaraq, xüsusi çəkisi aşağı düşüb. 2003-cü ildə transfertlərin çəkisi 40,8 faiz idisə, hazırda 28 faizə enib. Xərclərimiz gəlirlərimiz qədər artıb. Bu xərclərdən ?pensiyaların maliyyələşdirilməsi üçün 6 il əvvəl 170 milyon manat ödənilirdisə, cari ildə həmin rəqəm 1 milyard 653,6 milyon manata çatacaq. Ötən müddətdə minimum pensiya 6,6 dəfə artaraq 11 manat 36 qəpikdən 75 manata yüksəlib".

Fond sədrinin sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində hər bir pensiyaçının pensiyasının ödənməsinə nəzarət sistemi mövcuddur: "Bütün pensiyaçılarımızın 82,8 faizi, ödənişdə olan pensiyaçılarımızın isə 96 faizə qədəri öz pensiyalarını plastik kartlar vasitəsilə alır. Beləliklə pensiya islahatlarının birinci mərhələsini başa vurmuşuq. Növbəti mərhələ 2009-2015-ci illəri əhatə edəcək. Bu müddət üçün sığorta pensiya sisteminin inkişafı üzrə dövlət proqramı təsdiq edilib. DSMF bu proqramın reallaşdırılmasında da Dünya Bankı BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edəcək".

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza da iştirak edib. O, bildirib ki, təmsil etdiyi qurum Azərbaycan hökumətinin bir neçə il əvvəl ölkənin pensiya sığorta sisteminin XXI əsrin tələblərinə uyğunlaşdırılması üçün yardım göstərilməsi ilə bağlı müraciətinə həvəslə cavab verib: "Hamımız üçün etibarlı bir pensiya sisteminin olması çox mühüm bir amildir. Biz Azərbaycanda pensiya təminatı sahəsində aparılan islahatlardan razıyıq. Ümid edirik ki, bu sahədə görülən işlər, yeni məlumat bazasının yaradılması pensiya sahəsində şəffaflığın təminatı üçün mühüm şərait yaradacaq. Hazırkı şəraitdə biz Azərbaycanı başqa ölkələrə nümunə göstərə bilərik. Ancaq təkmilləşmə hələ davam etməlidir".

Tədbirdə qeyd edilib ki, layihə çərçivəsində əldə olunan nailiyyətlər ümumiyyətlə Azərbaycanda həyata keçirilən pensiya islahatının uğuru cari ilin mart ayının 30-da Yunanıstanın paytaxtı Afinada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı London iqtisadiyyat Siyasi Elmlər Məktəbinin birgə təşkil etdiyi "Keçid dövrü: idarəetmə inkişaf problemləri" adlı beynəlxalq forumda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov tərəfindən təqdim olunub. Azərbaycanda aparılan islahatların tətbiq olunan idarəetmə üsullarının region üçün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfi əsas çıxışçılardan biri kimi bu tədbirə dəvət edilib. Forumda BMT Baş katibinin müavini, BMT İP-in Avropa MDB ölkələri üzrə regional direktoru Kori Udoviçki, BMT-in Dünya Bankının nümayəndələri, Yunanıstan hökumətinin üzvləri, Şərqi Avropa Orta Asiyadan nümayəndə heyətləri iştirak edib Azərbaycanın uğurunu xüsusi vurğulayıb.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 5 may.- S.6.