Sahibkarlar Konfederasiyasının ikinci qurultayı keçirilib

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) (ASK) Təşkilatları Milli Konfederasiyasının II Qurultayı keçirilib. Qurultayda 365 seçilmiş nümayəndədən 324 nəfəri iştirak edib. ASK-in mətbuat xidmətindən bildiriblər ki, tədbirə həmçinin dövlət orqanlarının, xarici səfirlik və nümayəndəliklərin təmsilçiləri qatılıb: "Qurultayda ASK-nın 2005-2009-cu illər üçün fəaliyyətinin hesabatı və Təftiş-Nəzarət Komissiyasının hesabatı dinlənilərək məqbul hesab edilib, Konfederasiyanın İdarə Heyətinin və Rəyasət Heyətinin yeni tərkibi, prezidenti və vitse-prezidenti, Təftiş-Nəzarət Komissiyasının yeni tərkibi seçilib. Qurultay iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilib. Tədbirdə həmçinin Azərbaycan Respublikasında sahibkarlığın inkişaf etdirilməsində, ölkədə sosial dialoqun gücləndirilməsində, sahibkarların hüquqlarının müdafiəsində göstərdiyi xidmətlərə görə bir sıra dövlət nümayəndələri, sahibkarlığın təbliğində göstərdiyi xidmətlərə görə bir sıra media qurumları və nəhayət Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının? yaranması və inkişafında göstərdiyi xidmətlərə görə bir çox iş adamları diplomlarla təltif edilib.Ələkbər Məmmədov yekdilliklə ASK-nın prezidenti seçilib".

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 5 may.- S.6.