Ramiz Əyyub Quliyevlər Kalininqradda beynəlxalq festivala qatılacaqlar

 

Mayın 6-dan iyunun 5-dək Rusiyanın Kalininqrad Dövlət Filarmoniyasında "Kəhrəba boyunbağı" XXIV Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Azərbaycanı ilk dəfə olaraq bu festivalda xalq artisti, tarzən Ramiz Quliyev beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev təmsil edəcək. Ə.Quliyev APA-ya bildirib ki, onun dirijorluğu altında Kalininqrad Dövlət Filarmonik Orkestri F.Şubert, A.Dvorjak S.Prokofyevin əsərlərini səsləndirəcək. Professor Ramiz Quliyev isə Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov başqalarının əsərlərini, muğamları, həmçinin Qərb bəstəkarlarının klassik əsərlərinin tar orkestr üçün işləmələrini ifa edəcək.    

 

 

525-ci qəzet.- 2009.- 6 may.- S.7.