"Yarımçıq əlyazma" polyak dilində

 

Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan MEA-nın müxbir üzvü professor Kamal Abdullanın bir sıra dünya dillərinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı bu yaxınlarda polyak dilində də işıq üzü görəcək. Əsəri polyak dilinə Qdansk Universitetinin dosenti, tanınmış tərcüməçi Stanislav Ulyaşeviç çevirib. Tərcümə zamanı o, romanın orijinal mətni ilə birlikdə rus fransız dillərindəki variantlarından da istifadə edib. Universitetin digər dosenti Qrajina Zatulska "Yarımçıq əlyazma"nın polyak nəşrinə əsərin tarixi fonunu bədii özünəməxsusluqlarını açıqlayan müqəddimə yazıb. Krakovdakı məşhur Yagellon Universitetinin müəllimi, tarixçi-türkoloq Ancey Pisoviçin yazdığı "Sözardı"ında isə Kamal Abdullanın populyar romanı ümumtürk tarixi mədəniyyəti kontekstində nəzərdən keçirilir.

  

525-ci qəzet.- 2009.- 8 may.- S.7.