"Qoqol, Allah sənə rəhmət eləsin..."

 

AZƏRBAYCAN YAZIÇILARI BÖYÜK RUS ƏDİBİNİ YAD EDİBLƏR

 

Yazıçılar Birliyində (AYB) böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun anadan olmasının 200 illiyilə əlaqədar tədbir keçirilib. "Ölü canlar", "Müfəttiş" kimi ölməz əsərlər müəllifinin yubileyinə həsr olunan mərasim Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

Assosiasiyanın rəhbəri filologiya elmləri doktoru Həsən Quliyev Qoqolun yaradıcılığında qaldırılan problemlərin hələ aktual sayıldığını bildirib. O, həmin problemlərin təkcə Rusiyaya deyil, əksər dünya ölkələrinə və fərqli cəmiyyətlərə xas olduğunu nəzərə çatdırıb.

Birliyin sədri xalq yazıçısı Anar N.V.Qoqolun XIX və XX əsr ədəbiyyatına böyük təsir göstərdiyini önə çəkib. Anar böyük rus yazıçısının yaradıcılığının müsbət təsirinin bütün dünya ədəbiyyatında hiss edildiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər Qoqolun əsərlərinin bədii məziyyətlərindən söz açıb, onların bəşəri əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 19 may.- S.7.