Masallıda Uşaq Kitab Bayramı keçirilib

 

Masallıda "Uşaq ili" çərçivəsində Uşaq Kitab Bayramı təşkil edilib. APA-nın cənub bürosuna verilən məlumata görə, tədbirdə səslənən çıxışlarda uşaqların dünyagörüşünün formalaşmasında və onların cəmiyyətin layiqli nümayəndələri kimi yetişməsində kitabların mühüm əhəmiyyətindən bəhs olunub. Bayram mərasimində istedadlı uşaqların ifasında Vətənə, anaya həsr olunmuş mahnı və şeirlər səslənib, səhnəciklər nümayiş etdirilib. Sonda ayrı-ayrı nominasiyalar üzrə fərqlənən uşaqlara xatirə hədiyyələri verilib.

 

 

525-ci qəzet.- 2009.- 23 may.- S.22.