Ən yaxşı bədii qiraətçilər müəyyənləşdi

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəsul Rzanın 100 illik yubileyi münasibətilə Göyçayda keçirilən "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib.   

   Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə 34 bölgəni təmsil edən 70 iştirakçı qatılıb. Münsiflər heyətinin qərarı ilə I mükafata Füzuli rayonunun təmsilçisi, Mədəniyyət İncəsənət Universitetinin dram rejissoru fakültəsinin tələbəsi Pərvin Ərzənalıyeva, II mükafata Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Könül Qurbanova, III mükafata Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva, həvəsləndirici mükafatlara Salyan Dövlət Kukla Teatrının aktyoru Rauf Həsənov, Əmircan mədəniyyət evinin təmsilçisi Firuz Rəfiyev Göygöl rayonunun təmsilçisi Arzu Cəlilova layiq görülüb. Göyçay rayon Mədəniyyət Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla isə Elçin Məmmədov təltif edilib.  

   "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlarının təqdim olunma mərasimi dekabrın 22-də Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında keçiriləcək.

  

   Ədalət.- 2010.- 23 dekabr.- S.8.