İŞIQLI BİR ŞƏHƏR...

 

Orda xeyir də var, bərəkət də

 

Bu gün məmləkətimizin müxtəlif rayonlarında böyük quruculuq, abadlıq və yenidənqurma işləri görülür. Yəni əksər əyalətlərdə sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq insanların həyat tərzini yaxşılaşdırmaq məqsədi ilə böyük layihələrə imzalar atılır. Artıq bu layihələr gerçəkləşməyə başlayıb. Hansı əyalətə, hansı rayona yolun düşsə o dəqiqə hiss edəcəksən ki, burda böyük tikinti, abadlıq və quruculuq işləri həyata keçirilir. Böyük quruculuq işləri görülən rayonlardan biri də Beyləqandır.

 Beyləqanda son 5 ildə 30-40 ildə görülməyən işlər görülüb. O mənada ki, az bir müddətdə şəhərin bütün yolları asfaltlanıb, səkilər yenidən qurulub. Park və xiyabanlarda böyük işlər görülüb. Heydər Əliyev parkında həyata keçirilən yenidənqurma işləri dediklərimizə əyani sübutdur. Təkcə bu parkda deyil, şəhərin digər park və xiyabanlarında da əsaslı layihələr həyata keçirilir. O da çox maraqlıdır ki, şəhərdə hara getsən orda bir yenilik, quruculuq və qaynar həyat tərzi hiss eləyirsən. Hiss eləyirsən ki, qədim və müasir Beyləqan yeni üslubda tikilir. Yeni üslubda tikilən şəhər tarixi, memarlıq ənənələri qorunmaqla inşa edilir.

  

   GECƏLƏRİ NURLU ŞƏHƏR

  

   Beyləqanın mərkəzi küçələrində gecələr gəzmək və eyni zamanda yaradılmış xalüqələrə tamaşa etməyin özgə zövqü var. Çünki şəhərin əksər küçələrində gecələr işıqlar bərq vurur və hər tərəfi nura qərq eləyir. Bəzən adam elə təsəvvür edir ki, hansısa uzaq əyalətdə deyil, yeni tikilmiş gözəl bir şəhərdə gəzir. Burda bir-birindən gözəl abidələr, tikililər göz oxşayır. Bəzən adam bir yerə çox baxanda yorulub təngə gəlir. Amma bu gözəlliklərə baxmaqdan isə insan gözü təbii ki, yorulmur. Son vaxtlar şəhərdə daha böyük tikinti və təmir işləri görülür. Mərkəzi rayon xəstəxanası əsaslı təmir edilir. 3 nömrəli şəhər məktəbinin hər 3 mərtəbəsində böyük tikinti işləri və abadlıq həyata keçirilir. Bir az kənarda isə Heydər Əliyev muzeyi demək olar ki, yenidən qurulur. Beyləqan-Daşburun yolunun kənarlarında isə yeni işıq sistemi quraşdırılıb və burda hər şey yüksək tələblərə cavab verir. Bir sözlə, şəhərdə insanların rifah halının yüksəldilməsi üçün layihələr gerçəkləşir. Bu gün rayonda qaz çəkilişi uğurla davam edir. İlin sonunadək Beyləqan şəhərinə qaz çəkilişi başa çatacaq. Bu da ona dəlalət edir ki, insanlar soyuq qış günlərində qazdan korluq çəkməyəcək, mənzillərini və yaşayış yerlərini təbii qazla qızdıra biləcəkələr. Axı o da sirr deyil ki, insanlar evlərində soba yandırarkən bir çox halda odundan istifadə edir. Odun da tapmayanda bəziləri ya meşələrə, ya da yaxınlıqdakı qoruq sahələrinə hücum çəkərək ağına-bozuna baxmadan ağacları kəsb doğrayır və gətirib yandırırlar. Beyləqana qazın gəlişi ilə əlaqədar olaraq, təbii ki, insanlar əlibaltalı daha odun axtarmağa məcbur olmayacaqlar. Qaz varsaelektrik enerjisinə, nə yanacağa, nə də oduna ehtiyac qalır. Qoy camaatın həmişə süfrəsi ruzi ilə dolu və evləri hərarətli olsun.

  

   BEYLƏQANLI TƏLƏBƏLƏR YÜKSƏK BAL TOPLAYIB

  

   Bu il ölkənin müxtəlif ali, orta ixtisas məktəblərinə çoxlu sayda beyləqanlı abituriyent sənədlər verib. Sevindirici haldır ki, ali məktəbə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentin əksəriyyəti müxtəlif ali məktəblərə qəbul olub. O da sevindirici haldır ki, bu il Beyləqandan 161 nəfər tələbə adına layiq görülüb. Özübu tələbələrin əksəriyyəti yüksək bal toplayaraq müxtəlif ali, özəl və orta ixtisas məktəblərinə qəbul olublar. 300 bal toplayan 44 nəfər, 300-400 bal arasında 79 nəfər, 400-500 bal arasında 25 nəfər, 500-600 bal arasında 10 nəfər, 600-700 bal arasında 3 nəfər abituriyent yüksək bal toplayaraq müxtəlif ali məktəblərin tələbəsi olmaq hüququnu qazanıblar. Bu abituriyentlərdən Mövlüd Məmmədli 529 balla Neft Akademiyasına, Sevinc Mirhəşimova 624 balla BDU-ya, Çinar Rüstəmov 695 balla Azərbaycan Dövlət Tibbi Universitetinə, Ağa Həsənli 632 balla Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olublar. Bu il Beyləqandan ən çox tələbə adını qazanan təbiət və humanitar fənlər təmayüllü litseyin yetirmələridir. Bu məktəbi bitirən 12 nəfər abituriyent müxtəlif ali məktəblərə daxil olub. Eyni zamanda İkinici Şahsevən kəndinin orta məktəbini bitirən 4 nəfər şagird də 550-dən yuxarı bal toplayaraq tələbə olmaq haqqını qazanıb. Bütün bunlar onu göstərir ki, rayonda gənc nəslin təlim-tərbiyyəsinə, təhsilinə və onların bir vətəndaş kimi yetişməsinə böyük önəm verilir. Digər səbəblərdən biri isə təhsilə rayon rəhbərliyi səviyyəsində göstərilən qayğı ilə bağlıdır. Çünki hər il ali məktəbə qəbul aparılmamışdan əvvəl rayonda fənn olimpiyadaları və yarışlar keçirilir. Bu yarışlar zamanı təhsildə uğur qazanan şagirdlər maddi və mənəvi cəhətdən həvəsləndirilir. Eyni zamanda onlar ali məktəbə qəbul olarkən rayon rəhbərliyi tərəfindən pulla mükafatlandırılıb. Təbii ki, bütün bunlar təhsildə böyük təkan yaradıb, gəncləri elmdə yeni uğurlar qazanmağa səsləyir. Bununla yanaşı, Beyləqan məktəbləri həm də vətənpərvər bir insan kimi yetişdirilir. Axı Beyləqan cəhbənin 5 addımlığında yerləşir.

  

   RUZİ BOL OLARSA...

  

   İnsanın süfrəsində çörək bol, ruzi çox olanda onun qonaq-qara qarşısında da üzü olur. Bunun üçün isə gərək ilboyu qolunu çırmayıb əziyyət çəkəsən və tər tökəsən. Bu mənada rayonda heyvandarlığın və taxılçılığın inkişafına böyük önəm verilir.

   Belə ki, heyvandarlığın inkişafının dəstəklənməsi istiqamətində başlanmış işlər rayonda 2010-ci ildə davam etdirilir. Bu dövrdə fermerlər Almaniyadan gətirilmiş güzəştli qiymətlə, yəni 50 faiz dövlət hesabına daha 10 baş cins mal-qara alaraq analarının baş sayını 43 başa və buzovların baş sayını 44 başa çatdırıblar. Hazırda rayonda gün ərzində qəbul gücü 80 ton olan 19 süd qəbulu emalı müəssisəsi fəaliyyət göstərir. Yem bazasını gücləndirmək məqsədi ilə çoxillik yem bitkiləri əkilən sahələr artırılaraq 24795,5 hektara çatdırılıb. 2010-cu ilin müvafiq dövründə rayon üzrə 5537 ton ət, 26603 ton süd, 11829 min ədəd yumurta istehsal olunub. İribuynuzlu mal-qaranın sayı keçən ilin müvafiq dövrünə nisbətən 1230 baş artaraq 54085 başa, xırda buynuzluların baş sayı isə 2238 baş artaraq 284839 başa çatdırılıb. Bununla yanaşı, rayonda 18 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatları tərəfindən 551 hektar sahədə taxıl əkilib. Hər hektardan məhsuldarlıq orta hesabla 26,0 sentnerə çatıdırılıb. Ümumilikdə isə 1432 ton toxum istehsal olunub. Artıq rayonda payızlıq taxıl üçün 13714 hektar şum sahəsi aparılıb. Bununla yanaşı, 2010-cu ilin 3-cü rübündə rayonda torpaqların melorativ vəziyyətinin yaxşılaşdırılması və suxur sularının aşağı salınması məqsədilə yaşayış məntəqələrində ekskovatorla 329 min kub metrya 110 km kollektordren şəbəkələrinin lildən təmizlənməsi işləri görülüb. Həmçinin 50 hidrotexniki qurğu təmir edilibkollektor dren şəbəkələri əsaslı surətdə yenidən qurulub. 27 yaşayış məntəqəsində suvarma kanalı lildən təmizlənib.

   Əlbəttə, hər bir görülən müəyyən zaman kəsiyindən sonra öz bəhrəsini verir. Bəzən görürsən ki, bu görülən işlər gözlənildiyindən də yaxşı nəticələnir. Ona görə yaxşı nəticələnir ki, insanlar öz işlərini zamanında qururvaxt da gələndə onun bəhrəsini görürlər. Bu gün Beyləqanın camaatının süfrəsi bol, güzəranları isə demək olar ki, əvvəlki vaxtlara nisbətən daha yaxşıdır. Deməli, çəkilən zəhmət heç vaxt itmir.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət .- 2010.- 22 oktyabr.- S. 6.