ONLARIN DÜNƏNİ: MAESTRO
NİYAZİ
BİR ƏFSANƏ, BİR NAĞIL - 2
Nə qədər
inadkar və inkaredici olsaq da, danmaq olmaz
ki, bizim bu günümüz ONLARIN
DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
Dünən onlar kim idi,hardaydılar
və nələr yaşayırdılar?
Yeni ədəbi
nəsl üçün
ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O
DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün
son dərəcə kərəkli
və daha qabarıq görünməkdədi.
Proektimizin davamı olaraq unudulmaz sənətkarımız
maestro Niyazi haqqında
danışayıq. Eynən bu rubrikada daha
kimlər olacaq. İzləməyə dəyər.
Maestro Niyazi təkcə özgə məmləkətlərə
sənət səfərinə
getmir. O, respublikamızın
müxtəlif rayonlarında,
sənət ocaqlarında
xüsusi konsert proqramı ilə çıxış edir.
Simfonik musiqinin yayılmasında,
sevilməsində xidmətlərini
əsirgəmir. Bu, onu ellərlə, obalarla, adamlarla bir daha yaxınlaşdırır.
Niyazının rəhbərlik etdiyi
Dövlət simfonik orkestri dəfələrlə
Gəncədə keçirilən
"Musiqi baharı"nda
iştirak etmişdir.
Onun bu səfəri olduqca uğurlu olur. Bu barədə görkəmli dirijor belə deyir:
"Mən Azərbaycanda ilk dəfə keçirilən
Respublika Mahnı Bayramının bədii rəhbəri idim. Bu, həm də Azərbaycan gənclərinin
mən deyərdim ki, musiqi festivalı
idi. Böyük konsertlərə rəhbərlik etdim.
Orkestr, xor, rəqs kollektivlərinin çıxışlarına
baxdım. Belə mahnı
bayramının keçirilməsinin
əhəmiyyətini danmaq
olmaz. Musiqi əsərləri ifa olunarkən dinləyicilərin necə
heyranlıqda qulaq asdıqlarına uzun, sürəkli alqışlarına,
yaxşı mənada,
coşğunluqlarına baxdım.
Bu alqışlar stadionda keçirilən konsert günündə daha çox idi. Əlbəttə, Gəncədə mahnı bayramında mən rəhbər idim. Ona görə də
onun dəyəri haqqında danışmaqda
çətinlik çəkirdim.
Ancaq mahnı bayramının uğurunu danmaq olmaz. Bu bayram
bizim musiqi incəsənətimizin təntənəsi
idi. Bayrama başlarkən mən
Azərbaycanın qədim
şəhəri Gəncənin
poeziya, musiqi vətəni olduğunu xatırlatdım. Gəncə bizim
gözlərimizin önündə
qəşəng bir şəhər olub.
Onun gözəlliyi haqda, onun uğuru haqda indi musiqi
dili ilə danışmaq haqqımız
çatır".
El arasında
belə bir misal var: deyirlər,
filankəsin ayağı
ağırdır, filankəsin
əli yüngüldür.
Bu misalların nə dərəcə yerli-yerində olduğunu deyə bilmərəm.
Ancaq mənə elə gəlir ki, Niyazinin dirijorluğu ilə simfonik orkestrin uğurunu yada salanda istər-istəməz
düşünürsən. Mayestro Niyazinin əli yüngüldür. Əbəs deyil
ki, mayestro Niyazi Türkiyə məmləkətində səfərdə
olarkən jurnalistlərdən
biri onun barmaqlarını "oxuyan
barmaqlar" adlandırmışdır.
Bir qədər qəribə səslənməsin. Adama elə
gəlir ki, mayestro Niyazinin barmaqları musiqi ilə doludur. Əgər bu barmaqları kiçik budaqlara bənzətsək, onun yaşıllığını qoruyan musiqidir. Budaq su içib yaşayırsa, Niyazinin barmaqları isə musiqi ilə yaşayır.
Onun ifaçılığının pəxtələşdiyini,
onun peşəkar, bilici dirijor olduğunu təkcə orkestrdəki ifaçılar bilmirlər. Qonşu
məmləkətlərin ifaçıları Niyazinin dirijorluğu ilə
çalmaq arzusunda olurlar. Ancaq bu, hamıya qismət olmur.
Kim istəməz ki,
belə böyük dirijorun
idarəsiylə konsertdə iştirak eləsin?
Mən nəyə güvənib deyirəm? Bu
saat deyim.
1960-cı ildə adı dillərdə gəzən
cavan bir oğlan gəlib çıxdı Bakıya. Uzaq bir eldən gələn bu oğlan gözəl
ifaçı Van Klaybern
idi. Ən qərbəsi bu
idi ki, Van Bakıya çatan kimi mayestro Niyazini
soruşub. Onun dirijorluğu
ilə çıxış
etmək arzusunda olduğunu bildirib. Və onlar konsert də
veriblər. Sonra Van Klaybern
öz əksini mayestro Niyaziyə yadigar verib. Arxasında yazıb: "Gözəl Bakıda birgə konsert verdiyimiz günlərdə
çəkilən bu
əksimi sizə yadigar verirəm. İşdir bir də Sovetlər
İttifaqına qayıtsam,
Bakıda sizinlə birgə konsert vermək kaş mənə qismət olaydı".
Təkcə Van Klaybern yox, onlarla başqaları Niyazinin sehrkar barmaqlarına baxıb, müxtəlif əsərləri çalmaq istəmişlər. Məşhur skripkaçı Leonid Koqan, tanınmış türk pianoçusu İdil Brett və başqaları Niyazinin dirijorluğu ilə müxtəlif bəstəkarların əsərlərini çalmışlar. Qəribədir, bu musiqi ifaçılarını, tanınmış sənətkarları nə qədər məsafələri qət edib Bakıya gətirən, Niyazinin rəhbərliyi ilə çalmağa vadar edən nədi? Şübhəsiz, mayestro Niyazinin sənətkarlığı, onun əvəzolunmaz dirijorluğu, bir də təkrar edirəm, əllərinin yüngüllüyü.
Təkrar edirəm:
O SSRİ xalq
artisti Niyazi,
O Sosialist
Əməyi Qəhrəmanı
Niyazi.
SSRİ xalq
artisti,
Dövlət mükafatı
laureatı,
Sosialist Əməyi
qəhrəmanı mayestro
Niyazi!
Bəs onun familiyası nədir?
Biz onu familiya ilə
çağırmağa adət
etməmişik.
Bu daha gözəl səslənir.
MAESTRO NİYAZİ HAQQINDA DEYİMLƏRDƏN
Şair-drammaturq Əjdər
Olun "Canlı lətifələr,əhvalatlar,deyimlər"
kitabından
Maestro Niyazi
arvadı Həcər
xanımla Türkiyədə
bir qonaqlıqda olarkən xidmətçi
qadın onlar yaxınlaşıb Həcər
xanıma içki təklif edir:
-Madam,viski?
Həcər xanım
imtina edəndə o,rakı konyak,şərab
–
deyə soruşur.
Niyazi dillənir:
-Xanım,o,yalnız mənim qanımı içir!
***
Bu da mənim maestro Niyazi haqqında eşitdiklərimdən:
Ömrünün ən gözəl və ən yüksəlişdə
olan çağlarında
Türkiyədə konsert
verməyə gedən
maestro Niyazi bir dəfə konsertdən sonra bir restorana
yeməyə düşür
və qarsonu çağıraraq yemək
sifariş eləyir.Və
könlündən bir
az şərab
içmək keçir
və qarsondan soruşur:
-Əfəndim sizdə içməyə bir şey varmı?
-Var, əfəndim. Siz nə istərsiniz.Çox
gözəl fransız
şərabımız var.
Niyazi bir şüşə fransız şəarbı
sifariş verir və ümid edir ki, cibində
olan 100 dollar onun bütün sifarişi üçün bəs eləyəcək.
Niyazi bəy yavaş-yavaş öz işində olur. Və hesabı vermək
zamanı gələndə
qarsonu çağırır.
Qarson hesabı gətirir və hesab hardasa
150 dollar civarında olur.
Maestronu heyrət bürüyür.
-Əfəndim, bu nə deməkdi.Mən nə yedim, nə içdim ki, siz bu
qədər hesab deyirsiniz.
-Əfəndim,-deyə qarson
çox nəvazişlə
izah etməyə başlayır. - Bu içdiyiniz
fransız idxalı Benidikdin şərabıdır
və Türkiyəyə
bu yaxınlarda gətirilib. Bunu hər gələn
qonağa vermirik.
Niyazi bəy gənc qarsona diqqətlə baxıb deyir:
-Əfəndim bu Benidikdin şərabı deyil, məni yıkdın şərabıdır.
Not:Biz Niyazi bəyin cavabını olduğu kimi vermirik.Yəni eşitdiymiz kimi vermirik.
***
Niyazi (familiyası Tağızadə
Zülfüqar oğlu
Hacıbəyov). Doğulub 1912-ci ildə Tiflis şəhərində. Vəfat edib
1988-ciildə Bakıda. Azərbaycan Sovet dirijoru, bəstəkar, ictimai xadim. SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı
(1982), Dirijorların Ümumittifaq
baxışının qalibi
(1946), SSRİ Dövlət Mükafatı laureatı
(1951-52), Ü.Hacıbəyov adına Dövlət mükafatı laureatı
(1972), Beynəlxalq Nehru mükafatı
laureatı (1974). Moskvada
Qnesinlər adına
musiqi texnikumunda, Leninqrad mərkəzi musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında
təhsil almışdır.
Azərbaycan Dövlət Simfonik
orkestrinin təşkilində
yaxından iştirak etmiş və fasilələrlə, 1938-ci ildən
ona rəhbərlik etmişdir. Azərbaycan Opera və balet
teatrında direktor işləmiş, 1961-ci ildə
Leninqrad Opera və Balet Teatrının Baş dirijoru olmuşdur. Ömrünün son illərində Azərbaycan Dövlət filarmoniyasının direktoru
işləmişdir.30-cu illərdə yaradıcılığa başlayıb.
Azərbaycan dirijorluq məktəbinin
formalaşmasında misilsiz
xidməti var. Bəstəkarlıqda
gözəl əsərlərin
müəllifidir. Xarici ölkələrdə
dəfələrlə çıxış
etmiş və Tiflis şəhərinin fəxri
vətəndaşı seçilmişdir.
1972
Tofiq Abdin
Ədalət.- 2010.- 30 oktyabr.- S. 15.