ÜRƏKLƏRDƏ SEVİNC
VAR...
(əvvəli ötən
sayımızda)
QAZ TƏCHİZATI
YAXŞILAŞIB
Regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramına uyğun olaraq, Şabran rayonunda da insanların
həyat və yaşayışı, məişət
şəraiti günbəgün
yaxşılaşır. 2009-2010-cu illərin Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərə
uyğun olaraq, rayonda böyük işlər görülüb.
Məlum
olduğu kimi, "Azəriqaz" İstehsalat
Birliyinin sifarişi ilə rayonun qaz təchizatının yenidənqurulması planlaşdırılıb.
Üç mərhələdə
aparılacaq tikinti, yenidənqurma işlərinin
birinci mərhələsi
- Şabran şəhərinin
baş şəbəkəsinin
yenidən qurulması
başa çatıb,
şəhər əhalisi
normal təbii qazla təmin olunub. Eyni zamanda
Qaz İstismar İdarəsi üçün
yeni inzibati binanın tikintisi başa çatır. Layihənin ikinci mərhələsində isə
qaz xətti olub qaz almayan
kəndlərə təbii
qazın verilməsi olacaq. Rayon Qaz
İstismar Sahəsi daxili imkanlar hesabına Aygünlü, Mollakamallı, Ağalıq
və Uzunboyad kəndlərində 2,5 km
magistral və kənddaxili qaz xəttini dəyişdirib.
SU TƏMİNATINDA YENİLİKLƏR
Ölkə prezidenti
İlham Əliyevin tapşırığı və
Dünya Bankının
maliyyə dəstəyi
ilə respublikada
"İkinci Milli su təchizatı və kanalizasiya xidməti layihəsi" çərçivəsində 16 rayonda, 1 məhəllədə
və o cümlədən
Şabran şəhərində
su təchizatı şəbəkəsinin və
kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulub. Artıq 2011-ci ilin birinci rübündə bu işin icrasına
başlanılıb. Respublika Melorasiya
və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin
sifarişi ilə podratçı təşkilat
Fransanın "Sade"
şirkəti tərəfindən
inşa edilən layihə Şabran şəhəri və ona yaxın Surra, Güləmli, Sincanboyad yaşayış
məntəqələrini, Qaradağlı qəsəbəsini
əhatə edir.
Layihədə ümumi
tutumu 3,7 min kub olan su
anbarı, 2 nasos stansiyası, təmizləyici
qurğunun tikintisi və bütün abonentlər üçün
su sayğaclarının
quraşdırılması planlaşdırılıb. Bütün bunlar
onu deməyə əsas verir ki, Şabranda əhalinin su təchizatı problemi də zaman-zaman öz həllini tapacaq.
SAHİBKARLIĞA "YAŞIL
İŞIQ"
Şabranda sahibkarlığa "yaşıl
işıq" yandırılıb. Yəni
bu gün istənilən adam bu fəaliyyət növü ilə çox rahat və sakitcə məşğul ola bilər. Artıq rayonda sahibkarların sayı 1907 nəfərə
çatıb. Sahibkarlıq
inkişaf etdikcə məhsuldarlıq da artır. Bununla yanaşı, sahibkarlara həmin sahəni inkişaf etdirmək üçün maliyyə
dəstəyi də göstərilir. Belə ki, yaxın zamanlarda 1269 nəfərə
1,5 milyon manat kredit verilib. Yeni iş yerləri
açılıb.
Aydındır ki, istehsalat sahələri, müxtəlif
təsərrüfatlar çoxaldıqca
orda işləyənlərin
da sayı zaman-zaman artır. Rayonun
ən iri istehsalat müəssisəsi
olan "Dəvəçi
Broyler" ASC-də min tonlarla quş
əti istehsal olunur. Müəssisədə
ilin sonuna qədər 11 min ton quş əti
istehsalı gözlənilir.
Fabrikdə tikilib quraşdırılmaqda olan
quş əti emalı sexinin bir hissəsi artıq işə düşüb. İlin sonuna kimi həmin
sex tam gücü
ilə işləyəcək,
4 min ton yarımfabrikat məhsul istehsal olunacaq. Sex tam işə
düşdükdən sonra
isə 70 nəfər
əlavə işlə
təmin olunacaq.
Rayonun Gəndov kəndində şərab emalı müəssisəsi Sahibkarlığa
Kömək Milli Fondundan alınan kredit hesabına, "Dəvəçi dəyirman"
ASC-nin nəzdində
100 min başlıq yeni
broyler quşçuluq
müəssisəsinin tikintisi
planlaşdırılır. İlin sonunadək
işə başlayacaq
bu müəssisədə
80 nəfər işlə
təmin olunacaq.
ŞƏHİD AİLƏLƏRİNƏ
İSTİ MÜNASİBƏT
Şabranda Qarabağ əlillərinə
və şəhid ailələrinə çox
isti və səmimi münasibət göstərilir. Yəni heç bir
Qarabağ əlili və şəhid ailəsi qayğıdan, diqqətdən kənarda qalmır.
Belə ki, bu ilin mart ayında
Şabran şəhərində
Qarabağ əlilləri
və şəhid ailələri üçün
tikilmiş 16 mənzilli
yaşayış evi istifadəyə verilib.15 nəfər
Qarabağ müharibəsi
əlili və 1 şəhid ailəsi yeni mənzillə təmin olunub. Şabran şəhərində və
Uzunboyad kəndində
2 nəfər Qarabağ
müharibəsi əlili
üçün fərdi
yaşayış evi tikilib.
Bununla yanaşı,
42 nəfər vətəndaşa
fərdi ev
tikintisinə və 10
nəfər sahibkara kommersiya obyekti tikintisi üçün sərəncam verilib. Rayon üzrə fərdi
mənzil tikmək üçün 134 nəfərə
torpaq sahəsi ayrılıb.
ÜMİD BÖYÜKDÜR
Şabranda sadə insanlardan kiminlə görüşdüksə,
onlarda bir ümid, bir istək və bir sevgi hiss etdik. Hiss etdik ki, rayonda gedən sürətli quruculuq, abadlıq və yenidənqurma işlərinə
şabranlılar çox
ürəkdən sevinirlər.
Ən azından ona görə ki, onların böyük əksəriyyəti bu quruculuq, abadlıq işlərində yaxından
iştirak eləyirlər. Hər
əkilən ağac,
hər tikilən bina, hər salınan yeni yol şəhərin gözəlliyi deməkdir.
Bu gözəlliyi, bu füsunkarlığı isə
şabranlılar özləri
yaradırlar. Çünki
onlar deyirlər ki, əgər rayon icra hakimiyyətinin
başçısı Novruz
Novruzov bu cür quruculuq işlərində yaxından
iştirak edirsə, bəs biz niyə
ona arxa durmamalıyıq?! Çünki
Şabranda tikilən hər bir bina,
hər bir müəssisə və hər bir istehsalat
sahəsi insanlar üçündür. Bu
həm də yeni iş yerləri
və yeni ümid deməkdir.
Bəli, insanın ümidi böyük olan da onun qurub-yaratmaq
və yaşamaq həvəsi də tükənməzdir. Bu gün şabranlılar belə bir ümidlə,
belə bir inamla və belə bir istəklə
yaşayırlar...
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 1 iyul.-
S.3.