Su - onun
əbədi qoxusu və qorxusu
Bu nemətin yaşı, sirri bilinməz
Su... Onun əvəzedilməz həyat mənbəyi
olması haqqında, onun dadı, qoxusu vəg qorxusu
haqqında ulu Dədə Qorquddan, dahi Nizamidən, elə
Antuan Sent de Ekzüperidən tutmuş müasir mütəfəkkirlərimizəcən
xeyli hikmətli sözlər eşitmişik. Çaylara, göllərə, bulaqlara
şeirlər qoşmuşuq, mahnılar bəstələmişik.
Susuzluğun nə demək olduğunu da, sellərin-daşqınların
qorxusunu da
yaşamışıq. Dibində çınqılları
görünən dupduru çayın kənarında
yaşayıb özlərini mümkün
susuzluğa öyrəşdirən
yoqların folklorvari fəlsəfəsinə
də təəccüblənmişik.
Bu Tanrı nemətinin sirrini-sehrini hələ
də öyrənməkdəyik.
DAĞLARIN SAF SUYU
Böyük və Kiçik Qafqaz
dağlarının əhatəsində yerləşən Azərbaycan
Respublikasının coğrafi mövqeyi, təbiəti, relyefi
rəngarəng və mürəkkəbdir. Belə bir təbii
şəraitə malik olan
respublikamızda 8300-dən artıq çay
mövcuddur və onun
154-ü seltörədici çaylar hesab olunur. Bu
çaylarda yaranan
daşqınlar və sellər insanların həyatı,
yararlı torpaq sahələri, mal-qara, şəhər və kəndlər,
bütövlükdə iqtisadiyyat üçün təhlükə mənbəyidir.
Qədimlərdən xalqımız
daşqın və sel-suları ilə mübarizə
aparmışdı. Ulu babalarımız bu mübarizədə müxtəlif üsullardan və ibtidai qurğulardan istifadə etmişlər. Ərazimizdə
dövlətçilik bərqərar olduqdan
sonra bu mühüm işlə əsasən meliorasiya və su təsərrüfatı
üzrə dövlət qurumları məşğul olmağa başlamışdır.
Zəngin ənənəyə
malik strateji dövlət qurumu
Azərbaycan Meliorasiya və Su Təsərrüfatına
rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan
SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi
yaradılmış, 1925-ci ildən bu qurum Azərbaycan SSR Su Təsərrüfatı
Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və
Su Təsərrüfatı Nazirliyi adlandırılmışdı.
1993-cü
ildə onun adı dəyişdirilərək
Respublika Nazirlər Kabineti
yanında Meliorasiya və Su
Təsərrüfatı Komitəsi, 2004-cü ildən isə
Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti tərəfindən həyata keçirilir. Bu quruma uzun
illərdir ki, təcrübəli mütəxəssis
və bacarıqlı dövlət məmuru Əhməd Əhmədzadə
rəhbərlik edir. Təsadüfi deyil ki, bu
yaxınlarda o, Prezident
İlham Əliyevin sərəncamı ilə
"Respublikanın Əməkdar Mühəndisi" fəxri
adına layiq görülmüşdü.
Azərbaycanda uzun illərdən bəri
su axımını bölüşdürən və tənzimləyən
su anbarlarından, irriqasiya sistemlərindən, kollektor-drenaj
şəbəkələrindən, nasos stansiyalarından və
mühafizə qurğularından ibarət geniş və
mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət
göstərir. Bu kompleksin əsas hissəsi Milli Liderimiz Heydər
Əliyev cənablarının respublikaya rəhbərlik etdiyi
1970-80-ci illərdə, onun şəxsi təşəbbüsü
və yaxından köməkliyi ilə
yaradılmışdır və müstəqillik
dövründə inkişaf etdirilmişdir.
Hazırda Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
tərəfindən ümumi su tutumu 21.5 mlrd. kbm olan 135 su
anbarı, 14 hidroqovşaq, 51755 km suvarma kanalı, 30400 km
kollektor-drenaj şəbəkəsi, 897 nasos stansiyası, 110
min müxtəlif hidrotexniki qurğu, 7375 subartezian quyusu, 1850
km seldən və daşqınlardan mühafizə bəndi,
digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı
və qurğuları istismar olunur.
Son illərdə meliorasiya və su təsərrüfatı
sahəsində islahatların dərinləşdirilməsi
istiqamətində bir sıra əlavə tədbirlər
işlənib həyata keçirilmişdir.
Hazırda Prezidentimiz İlham Əliyev cənablarının
göstərişlərini əsas tutaraq, respublikaya ayrılan
xarici investisiyaların bir qismi meliorasiya və su təsərrüfatı
sahəsinə yönəldilir.
Qax SSİ-nin fəaliyyəti
nümunəvidir
Fəaliyyəti və
qazandığı uğurları, eləcə ənənələri
ilə həmişə diqqət mərkəzində olan təşkilatlardan
biri də Qax Suvarma Sistemləri İdarəsidir. Qax SSİ rayonun Qaxbaş kəndi ərazisində
yerləşir. İdarənin əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı
sahəsində dövlət xidməti göstərməklə
səlahiyyəti daxilində su
istehlakçılarını su ilə təmin
etmək, SSİ-lərin fəaliyyətinə nəzarəti
qanunvericiliyə uyğun olaraq öz səlahiyyəti
daxilində icra etməkdir. Qax rayon suvarma
sistemləri idarəsinin rəisi Sultan Camalov təşkilatın ilboyu
planlı fəaliyyətini konkret istiqamətlərlə
şərh edir:
- Rayonun dağlıq ərazidə yerləşdiyini
nəzərə alaraq dağ çaylarının,
sel-sularının zərərli təsirinin
qarşısını almaq və ərazidə yerləşən
təsərrüfatların və əhalinin təhlükəsizliyini
təmin etmək üçün mühafizə tədbirlərini
həyata keçirmək başlıca vəzifəmizdir.
(ardı gələn
sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Ədalət.-
2011.- 2 iyul.- S. 4.