SU - ONUN ƏBƏDİ QOXUSU VƏ QORXUSU

 

Sudan pullu istifadə

 

(əvvəli ötən sayımızda)

 

2010-cu ildə Qax suvarma sistemləri idarəsi 25443 manat su pulunun yığılmasını planlaşdırmışdır.   

Ümumilikdə il ərzində idarə 26750 manat vəsait yığmışdır. Yığılan vəsaitin 25443 manatı idarənin su pulundan əldə olunmuşdur.  

Su pulundan əldə olunmuş 25443 manat SİB-lər tərəfindən idarəyə tərtib edilmiş icra aktları əsasında ödənilmişdir. Yığılan vəsaitin 1027 manatı hidrotexniki qurğuların əsaslı təmirinə, 13138 manatı plana müvafiq olaraq çay məcralarının təmizlənməsinə sərf olunmuşdur. 1307 manat vəsait isə idarənin yardımçı təsərrüfatının saxlanması üçün xərclənmişdir.   

Qax suvarma sistemləri idarəsində 12 ədəd ekskovator, 13 ədəd buldozer, 5 ədəd traktor, 4 ədəd qoşqu vardır.  

Ekskovatorlar 1 ədəd EO-26213 D markalı, 1 ədəd EO-3323 A markalı, 2 ədəd MTZ 82 markalı, 1 ədəd tırtırlı Hyunday R210-LC7 markalı, 1 ədəd təkərli Hyunday R 200 W-7 markalı, 1 ədəd təkərli Komatsu P W-140-7, 1 ədəd Hitaci ZX- 180W, 1 ədəd Amkodor 333 B tipli frontal yükləyici, 1 ədəd isə Draqlayın EO-4112, 1 ədəd ekskovator-buldozer JCB 3 CXSMT, 1 ədəd təkərli ekskovator Hyunday R-170-W-7 markalıdır.  

Buldozerlərdən 1 ədədi T-130, 2 ədədi T-170, 2 ədədi DT-75, 3 ədədi B-10, 2 ədədi Komatsu, 1 ədədi Libbher, 1 ədədi İ Şantui, 1 ədədi isə NEW Holland D-180 markalıdır. Traktorlardan 2 ədədi MTZ-82, 1 ədəd UEMZ 6 KL, 1 ədəd K-701 T-02-01, 1 ədədi isə idarəyə məxsus qoşqulardan 1 ədəd ağır yük qoşqusu PT-4006, 3 ədədi isə PR-RST-4M tipli qoşqulardır.  

Yuxarıda göstərdiyimiz texnikalardan ekskovator-buldozer JCB 3 CXSMT, təkərli ekskovator Hyunday R-170-W-7, NEW Holland D-180 markalı buldozer idarəyə 2010-cu ildə Cəmiyyət tərəfindən əvəzsiz olaraq verilmişdir.  

Bu texnikaların idarəyə verilməsi 2010-cu ildə həm su itkisinin qarşısının alınmasına, həm suvarmanın yaxşı aparılmasına, suvarma sistemlərinin lildən təmizlənməsinə, həm də sel sularının maneəsiz ötürülməsinə xeyli köməklik etmişdir.

 

Sel və daşqına qarşı mübarizə işləri

 

Qax rayonu ərazisindən keçən çaylarda leysan yağışları nəticəsində baş verə biləcək daşqınların qarşısını almaq məqsədi ilə 2010-cu ildə ekskavator və buldozerlərlə 1100 min kbm torpaq işinin görülməsi planlaşdırılmış, buna qarşı 1077 min kbm, çay məcrasının təmizlənməsi işləri görülmüşdür. Bunun 195 min kbm, ekskovatorlarla, 882 min kbm, isə buldozerlərlə görülmüşdür.  

Məcra təmizləmə işləri əsasən Kürmük çay məcrasının Qax şəhəri ərazisindən 134 min kbm, Qax ingiloy kəndindən keçən hissəsində 148 min kbm, İbaxlı kəndində 170 min kbm. Kilsəburun ərazisində 122 min kbm, Əlibəyli kəndləri ərazisində 99 min kbm, Ağçay kəndi ərazisində 108 min kbm, İlisu kəndi ərazisində Hamamçay məcrasında 100 min kbm, Tasmalı-Muxax çay məcrasında 18 min kbm, Zərnə çay məcrasında isə 51 min kbm məcra təmizləmə işləri görülmüşdür.  

İstismar tədbirləri planı ilə yanaşı əsaslı təmir planına müvafiq olaraq Kürmük çayda İbaxlı kəndi ərazisində 436 kbm, Qax İngiloy kəndi ərazisində 338 kbm, Qaxbaş kəndini müdafiə edən bənddə 1259 kbm əsaslı təmir işi görülmüşdür.  

 

Sudan İstifadəedənlər    Birliklərinin yaradılması   

 

Qax suvarma sistemləri idarəsinin xidmət etdiyi ərazilərdə 2010-cu il ərzində əsasən 3 SİB fəaliyyət göstərir. Bunlar "Melerator" SİB, "Şotavar-Lələli" SİB "Turaclı" SİB-dir. Bu SİB-lər rayonun 19750 ha torpaq sahəsinə xidmət edir, onların su təminatını yaxşılaşdırır.   

İdarə 2010-cu ildə hər üç SİB-lə su alqı-satqısına dair müqavilə bağlamış və məhz 2010-cu ildə yığılan 25443 manat vəsait həmin SİB-lər tərəfindən ödənilmişdir.

 

Mövcud olan problemlər, onların həlli yolları

 

Yuxarıda qeyd edildiyi kimi Qax rayonu dağlıq ərazidə yerləşir və suvarma çayları da əsasən dağ çaylarından ibarətdir. Yaz-payız aylarında güclü yağışların yağması əsasən çaylarda sellər əmələ gətirir ki, bu suvarma kanallarının çay məcralarının il ərzində bir neçə dəfə dolmasına səbəb olur. Bunun nəticəsində suvarma suyunun nizamlanmasında, sel sularının maneəsiz ötürülməsində çətinliklər yaradır. İdarə bu problemləri həll etmək üçün daim var qüvvəsi ilə çalışır.  

İdarə qeyd olunan problemlərin həll olunması üçün 2011-ci ilin əsaslı təmir planına salınması üçün Cəmiyyətə müraciət etmiş və bu müraciət müsbət həll edilmişdir.

  

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 6 iyul.- S.3.