TALIŞ DAĞLARINDAKI
"İSTİ-SU"
İndi bu sanatoriya-istirahət mərkəzinin
qaynar çağlarıdır
(əvvəli ötən
sayımızda)
Günün "qəhrəmanları"
Müalicəvi əhəmiyyəti
misilsiz olan isti su vannalarından qəbul
etmək istəyənlər burda üstünlük təşkil edir. 20 otaqdan ibarət bu hissədə həmişə kimsə var. Kükürd qoxuyan isti vannadan
sonra bir az sərinlənmək üçün
soyuqdan qorunmaq şərti
ilə burda ayaqüstü
bir stəkan çay
içmək olar. Həkim söhbətini
davam etdirir:
- Bəzən vaxtları az olan müsafirlərimiz nadir hallarda bir gündə iki vanna qəbul edirlər. Sizin
dostunuz, bizim daimi müsafirimiz Hüseyn müəllim həmin o kateqoriyadandır. Əslində bu düzgün deyil. Deyəsən dünən sizi də özünə qoşub...
Şirvan şəhər
sakini, iş adamı,
özəl həyatı "məcaralarla" dolu olan Hüseyn
Bayramov yüngülcə dizimdən vurub qulağıma pıçıldayır:
"Bu həkim üçüncü
vannanı bilməyib, bilsəydi yəqin təcili yardımla bizi Masallı rayon Mərkəzi
Xəstəxanasına göndərərdi.
Açığı, mən çox vaxt elə belə də edirəm. Sən də
qorxub eləmə, ölüb
eləsən "Yasin"ini
özüm oxuyacam.
Bilirsən axı, mənim həm də gözəl avazım
var"...
Şükür
Allahım, bədbəxt hadisənin bir
addımlığından belə Hüseyn
öz zarafatından qalmır. Doğrusu mən həkimdən daha başqa şey eşitməmək üçün
sağollaşıb otağıma qalxıram. Artıq gecə
yarıdır...
Bura həm də istirahət
zonasıdır
Heç şübhəsiz ki,
kifayət qədər geniş əraziyə,
160 yerlik mehmanxanaya, sosial, iaşə obyektlərinə malik olan "İsti-su" -ya gələnlərin
hamısı müalicə üçün
gələnlər deyil.
İstirahət etməyə, təbiətin
qoynunda qayğısız günlər yaşamağa gələn ailələrə,
kollektivlərə burda hər cür şərait
yaradılmışdır. Viləş çayındakı
çimərlik, dəryaçada gəmi ilə gəzinti, idman meydançası daim
qonaqların ixtiyarındadır. Burdakı müsafirlər hətta
qonşu Yardımlı, Astara,
Lənkəran, Lerik rayonlarına belə turist səfərlərinə
aparılırlar. Bir sözlə,
burdakı xidmət növlərinin hamısı insanların
mədəni istirahətlərinə
hesablanmışdır.
Dağların ətəklərinə
səpələnmiş, hər cür
şəraiti olan otaqların, iaşə
xidmətlərinin xidmət haqları da
elə baha deyil. 4-5 nəfərlik
ailə burda 450-500 manata
bir həftə dincələ bilərlər.
2011-ci il turizm ilidir
"İsti-su"
sanatoriyasının axşamları daha
maraqlı olur. Masallı sakinlərinə
xidmət edən kiçik tutumlu avtobuslar cəmi 30 qəpiyə
bura tələsənləri mənzil
başına çatdırırlar. Viləş
çayının sahilində istirahət edənlərə
müxtəlif xidmətlə bərabər at
sürməyə, hətta dağ boyda dəvələrlə səyahət etməyə
şərait yaradılır.
"İldırım"
firmasının prezidenti Hacı
İldırım Allahyarovla da görüşümüz
burda təsadüfən oldu.
Neçə illər öncədən
tanıdığım İldırım müəllim istirahət
edənlərə qoşulub at yarışına baxırdı. "Bu cavanların belə at
çapmalarına baxanda gəncliyim
yadıma düşür. Ancaq,
şükür Allaha,
heç indi də pis deyiləm. Ancaq deyəsən
gənclik arxada qalıb axı.
2011-ci il Azərbaycanda
"Turizm ili" elan edilib. Mənə qədər
özün gəzib görmüsən, ancaq aşağıdakı "mədə
suları" bulağını görməmisən. Bir orada baş
çəkərsən. Çalışırıq ki, "İsti -su" sanatoriyasından heç
kəs narazı qalmasın. Hələ yay
qabaqdadır, imkan tapan
kimi yenə gələrsən. Onda özüm səni qonaq edəcəm".
Doğurdan da yay hələ yeni başlayıb. Demək "İsti-su" sanatoriyasına yenə də yön salmaq olar. Axı bu dəfə
Hacı İldırımın şəxsən özü qayğıma qalacaq.
Səxavət Məmmədli
Ədalət.- 2011.- 14 iyul.- S.3.