SÖZÜN DƏYƏRİ
Bu gün milli mətbuatımızın
yaranması və inkişafında Həsən bəy Zərdabi
ilə yanaşı, onun inkişafına himayədarlıq
etmiş şəxsiyyətlərin də xatirəsi ehtiramla
anılır
XIX əsrin ikinci yarısında Azərbaycanın iki böyük parlaq şəxsiyyətinin, Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy
Zərdabinin Təzəpir məscidi yaxınlığında
qonşu yaşaması və yaxın dostluğu sonralar
xalqımızın uğurlu bir qismətinə - şansına çevrildi. Tağıyevin "maarifpərvər milyonçu
və böyük mesenat"
olmasında da bu tale qisməti çox böyük rol
oynamışdır. Azərbaycanın siyasi-ictimai və mədəni həyatında
tərəqqi və inkişafa yol açmaq üçün milyonlarını əsirgəməyən
böyük insanlıq və
xeyirxahlıq nümunəsi, sərvət və səxavət
sahibi Hacı Zeynalabdin
Tağıyev həm Bakı Dumasının qlasnısı, həm
də Demokratik Cümhuriyyətin parlaman üzvü kimi bütün
imkanlarını büna yönəldirdi.
Məhz xalqımızın sözün
əsl mənasında böyük
ziyalısı olan Həsən bəy Zərdabinin
millətimizi inkişaf etdirmək
yolundakı ideyalarını şəxsi sərvəti ilə
dəstəkləyən Hacı Zeynalabdin
Tağıyev əslində eyni can yanğısı nümayiş
etdirirdi.
Haqlı olaraq "Kaspi" qəzeti
ötən əsrin əvvəlindəki saylarının
birində yazırdı ki, əgər biz Tağıyevin xalqın maariflənməsi
və milli mətbuatın
inkişafına himayədarlığınından yazası olsaq, onda gərək bir ay dərginin bütün nömrələrini buna həsr edək".
1908-ci il 12 noyabr tarixli "Tazə həyat"
qəzetinə verdiyi müsahibəsində
bu parlaq şəxsiyyət
məramlarını belə açıqlayırdı:
"Kasıb
olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə
bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara - məhəbbət
və nəvazişlərinə borcluyam.
Şübhəsiz, bu da
Allah-taalanın iradəsi ilə olub.
Bütün işlərimlə
yanaşı, fikrim-zikrim xalqımı
xoşbəxtliyə çatdırmaqdır. Buna
görə gecə-gündüz əlləşirəm, məqsədə
çatmaq üçün
çoxlu məktəb açmaq
lazımdır. Çoxlu kitab,
məcmuə və qəzet çap etdirib, hər yerə - uzaq
kəndlərə də göndərilməlidir".
"Baku" qəzetinin
9 mart 1912-ci il tarixli nömrəsində Hacı Zeynalabdin Tağıyevin bütün
Rusiyadakı şöhrətindən danışan jurnalist yazırdı:
"Bütün
Rusiya Tağıyevi tanıyır.
Yalnız Moskva, ya da Peterburqda deyil, hər hansı yerə gəldikdə, orada söhbət Qafqazdan,
Bakıdan düşdükdə, sizə mütləq deyəcəklər:
- "Hə, hə, Tağıyev
yaşayan yer".
Tağıyevin Rusiyanın hər
bucağında belə tanınması onun
milyonları sayəsindədirmi? Qətiyyən yox. Hacı haqqında rəy söyləyənlər
birinci növbədə onun
milyonları barədə deyil, insanpərvərliyi,
xalqa əl tutması haqqında
ağızdolusu söhbət açırlar. Tağıyev bütün Qafqaz müsəlmanlarının
fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir.
Adi bənna,
savadsız azərbaycanlı olan
Tağıyev xalqın ən aşağı təbəqələrindən
çıxaraq ucalmış, böyük,
parlaq, orijinal bir şəxsiyyətdir. O, böyük
kamal və enerji sahibidir".
Tağıyev yaxşı bilirdi ki, millətin tərəqqisi
üçün maarif,
mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb,
təhsil lazımdır. Maarif məşəlini
isə yalnız millətin öz vətəndaşları
yandıra bilər. Deməli, milli kadrlara böyük ehtiyac var idi.
Qısa vaxt ərzində
şəxsi vəsaiti ilə Nəriman Nərimanovu, Məşədi
Əzizbəyovu, Əlimərdan bəy Topçubaşovu,
Qara bəy Qarabəylini, Behbud
bəy Cavanşiri, Lütfəli bəy Behbudovu, Mirzə Davud Hüseynovu, Nəsib bəy Yusifbəylini, Maxac Daxadayevi, Mir Həsən Vəzirovu, Xudadat
bəy Məlikaslanovu, Ruhulla Axundovu, Əziz Əliyevi, A.Mahmudbəyovu,
Şövkət Məmmədovanı və onlarla
azərbaycanlı gənci dünyanın başqa
şəhərlərinə təhsil almağa
göndərmişdir. Bakıda quberniya mərkəzində
texniki, kommersiya və
ya peşə məktəblərinin
açılmasına iri məbləğdə
pul ayırıb həmin tədris
ocaqlarının kabinet və
laboratoriyalarının yaradılmasını təşkil edirdi. Bütün Şərqdə və imperiyada
məşhur olan Qızlar məktəbini
yaradaraq bu təhsil
ocağını dərs vəsaiti, kitablar,
məktəb ləvazimatları ilə təchiz etdirirdi. Şeyxülislam Əbdüssəlah
Axundzadənin "Tarixi-müqəddəs", Sultan Məcid Qənizadənin "Əşari
Seyid Əzim Şirvani"
kitablarını, Nəriman Nərimanovun "Nadir şah" əsərini
müxtəlif dillərdə çap etdirmişdir. Bundan başqa, Mahaçqala, Tiflis, Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Peterburq, Volqaboyu, Xarkov və
Rusiyanın başqa şəhərlərində
ana dilində məktəb
açdırıb və ora külli miqdarda vəsait
ödəyib.
Tağıyevin maarif
sahəsindəki xidmətlərinin coğrafiyası genişdir. Harada məktəb açmaq, mətbəə
almaq, qəzet dərci lazım gəlirdisə
Tağıyev özünü ora atır, mətbəə alır, qəzetlərə
himayədarlıq edir, hətta
alınmış qəzetlərin abunə haqqını da bəri başdan ödəyirdi.
Böyük mesanatın ən böyük məramı
mətbuatın, xüsusən də ana
dilində qəzet və jurnalların nəşri idi. Çünki millətin
bəsirət gözünü açmaq, avamlığın, cəhalətin
bəlasından yaxa qurtarmağın yeganə
yolu maarif və mətbuat
idi. Odur ki, hələ 1895-ci ildə o
dövrün pulu ilə
çox baha - 57 min rubla "Kaspi" qəzetini ermənilərdən və
ruslardan zorla satın alaraq Azərbaycan ziyalılarını
başına yığır. Parisin Sarbonna Universitetindən yeni
qayıdan Əhməd bəy Ağaoğlu
Şuşada şkolada
dərs deyirdi. Hacı Zeynalabdin
1897-ci ildə Əhməd bəyə Bakıya köçməyi
və "Kaspi" qəzetində
işləməyi təklif edir. Təklifi
qəbul edən Ağaoğlu paytaxta köçür. Bir müddət
o, Hacı Zeynalabdinin
tövsiyəsi ilə dövrünün
məşhur hüquqşünası Əlimərdan bəy Topçubaşovla birlikdə "Kaspi" qəzetinin redaktorları və
müəllifləri kimi
çıxış edirlər. Çox
keçmədən "Həyat", "İrşad"
və "Tərəqqi" qəzetləri də nəşr
olunmağa
başlayır. 1906-1907-ci illərdə Hacının maliyyə
dəstəyi ilə nəşr olunan
"Füyuzat" dərgisi Azərbaycanda
böyük bir
ziyalı nəslini yetişdirir. Bu dərgi milli-ictimai fikir tariximizə təkanverici təsir göstərir,
"Füyuzat" ədəbi məktəbini
yaradır. "Tazə həyat", "Tərəqqi", "Yeni füyuzat", "Bəsirət",
"Həqiqət", "Şəlalə", "İqbal", "Açıq söz", "Qurtuluş"
kimi qəzetlər bu
məktəbin davamçıları olaraq
fəaliyyət göstərirdi. Tağıyev millətinin
bircə addım da qabağa
getməsi üçün son quruşunu da xərcləməyə hazır idi və bunu edirdi. "Füyuzat"a qədər maliyyəçisi olduğu bir neçə
qəzet və dərginin naşirlərinə və "Füyuzat" ədəbi məktəbinin
ziyalılarına millətimiz uğrunda
sonadək mübarizə aparmağı təvəqqe edirdi. Arxiv sənədlərində
onun adı "Difai"
partiyasının təsisçisi kimi də
çəkilir. Milli münaqişələr zəminində müsəlman
əhalisinin xilası yönündə zəruri tədbirlər
görür, 1918-ci ilin
mart günlərində müsəlman
müdafiə dəstələrinin maddi təminatını
və talan olunmuş
kəndlərə İrandan ərzaq gətirilməsini
təşkil edir. Çox
təəssüf ki, məşum mart qırğını günlərində
Bakıda ilk teatr
binası "Tağıyev teatrı" və "Kaspi" qəzetinin redaksiyası da tamamilə yandırılır.
1906-1907-ci illərdə
"Dəbistan" uşaq jurnalı
redaksiyasında işləmiş Əliabbas Rzayev
adlı bir təqaüdçü öz xatirələrində yazırdı ki, bir dəfə Hacı
"Dəbistan" jurnalının redaksiyasına gələrək
redaksiyanın vəziyyəti ilə maraqlandı. Uşaqlar üçün
jurnal nəşr etməyin xeyrindən danışdı, açdığı Qız məktəbi üçün 12 nüsxə, Bakının
başqa məktəbləri üçün də, hərəsinə bir neçə nüsxə, cəmi 50
nüsxə abunə yazdırdı və pulunu
ödəmək üçün onun kontoruna getməyimi
tapşırdı. O, redaksiyanın maddi ehtiyac içində olmasını biləndən
sonra maddi kömək
göstərəcəyinə söz verdi və sözünü
yerinə yetirdi.
Tağıyevin mətbuata olan himayədarlığı və sevgisi Nəriman Nərimanovun 1900-cü ildə
H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında
yazdığı monoqrafiyasında maarifpərvər milyonçunu belə təsvir edilirdi.
"Cənab Hacı hazırda 63
sinnində varsa da, ancaq çox diribaş görünür,
özü ortaboy,
tökmə şəxsdir. Hər bir əzası
dürüst, üzündən əqlü-kamalı
məlum olunur. Səhər saat 10-dan ta 2-dək qeyrətli
Hacı kontorunda olub və
arada məişət işlərinə
diqqət edir. Hər gün
rus mirzəsi rus
lisanında məşhur qəzetləri oxuyur
və arada sual-cavab da olur. Sonra
müsəlman mirzəsi İrandan,
Osmanlıdan, Hindistandan və Misirdən gələn
türk, fars və ərəb
qəzetlərini oxuyur. Hacı çox diqqət ilə qulaq
asıb öz təsəvvürünü
söyləyir. Hacı politikaya, yəni siyasi məsələlərə artıq diqqət
edir. Hörmətli Hacının bu sinnində qüvveyi
hafizəsinin itiliyinə məəttəl qalmalıdır.
Gündə on qəzetəyə qədər
oxunur, sabahı hamısından xəbər
verməyə hazırdır. Hansı əhvalat hansı qəzetdə
olmağını səhvsiz söylər. Bu
səbəbə görə cənab Hacı - zəmani
hazırda siyasətdən, mədəniyyətdən və mərifətdən
söhbət etməyə qadirdir. Mədəniyyətli
şəxslər Hacının elmlərdən və tarixdən
xəbərdar olmağına təəccüb edirlər. Xülqü-xasiyyəti çox
mülayim, özündən kiçiklərə
həmişə hörmət edən, dediyi
bir sözü iki olmayan, verdiyi
vədəyə əməl edən, haqq
sözdən qaçmayan,
günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən
ictinab edən, ürəyi saf hissli bir
zatdır. Hörmətli Hacı teatrı nəhayətdə sevir, hər axşam öz lojasında əyləşib artistlərin
oyunlarına çox diqqətlə
baxır.
Böyük
hünərdir, əzizim, insan öz sağlığında cəmiyyətli-xeyriyyəyə
bu qədər xərc etmək.
Əhli qələm
qardaşlarımız bunların millətə olan xidmətlərini nəzərdən keçirib millət tarixinin
səhifələrinə yazarlar, tainki istiqbalda
balalarımız oxuyub qəlbləri şad olsun və gözləri
açılsın. Bilsinlər ki, bizdə
millət qeyrətini çəkənlər varmış.
Düşünsünlər ki, hərçənd
bu şəxslər qəbri-bədayə
köçüblər, onunla belə ismləri
millətin dilində hörmətlə zikr
olunurg"
Tağıyev insan
şəxsiyyətinə və insan ləyaqətinə
həmişə ehtiramla
yanaşmışdır. İnsan qüruru, insan mənliyi ondan ötrü nəcib və
vacib bir keyfiyyət idi. "Baku" qəzeti
9 mart 1912-ci il nömrəsində
qəzetin Tağıyevlə müsahibəsində Paris şəhərindən yenicə
qayıtmış Hacı müxbirə qəribə bir əhvalat danışmışdı:
" - Mən bir
faytonçudan danışacağam.
Küçədə faytonla keçirdim, qabaqda mənə
sağa burulmaq
lazımdı. Faytonçu isə sola buruldu. Mən çətirin
ucu ilə onun kürəyinə
toxunub dedim: "Sağa dön".
Nə olsa
yaxşıdır? Faytonçu qəzəblənmiş
halda yerə atılıb qollarını
ölçə-ölçə
çığırmağa başladı.
- Ona nə oldu? - deyə mən
dilmancdan soruşdum:
- O qəzəblənib, deyir ki, nə cəsarətlə
siz çətirlə
onun kürəyinə
toxunmusunuz, bununla onu təhqir etmisiniz.
Mən oradakı camaata təəccüb qaldım
və hər şeyi başa düşdümgBizdə adamın
lap boynunu da vursan sənə səcdə edəcək.
Bizdə
də belə camaat olandan sonra başqa həyat olacaq".
Müxbir sonra əlavə edərək yazırdı:
" - Mən, ömründə bircə
kitab da oxumayan, güc-bəla rusca danışan dünənki fəhləyə,
cizgilərlə imza edən bu qocaya
heyrətlə baxdım.
O, mənə Avropadakı kafe-şantanlar,
teatrlar, şəhərlərin
gözəlliyi barədə
deyil, məhz insan haqqında danışırdı. O azad
və məğrur insanı görmüş
və duymuşdu. O, dərindən nəfəs
alaraq təəssüflə
bildirdi ki, bizdə belə məğrur və azad adamlar yoxdur".
XX yüzilin sonunda müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra ölkəmizdə 70 il Sovet imperiyası tərəfindən
Tağıyev xeyirxahlığının
üstündən çəkilmiş
qara qələmin siyah qadağalarını
da aradan qaldırdı. Hacının bir zamanlar Avropada müşahidə etdiyi insan hüquq
və azadlıqlarına
hörmət, haqların
qorunması bu gün dövlətimizin və cəmiyyətimizin əsas prioritet istiqamətlərindəndir.
Tağıyevin millət qarşısındakı
tarixi xidmətləri
arxivlərdən, xatirələrdən
araşdırılmış şəkilləri mətbuatın
hörmət çələnginə
çevrilmişdir. 1993-cü
ildən Tağıyevin
şərəfinə "Media" mükafatı təsis edilərək xalqın qəlbində əbədiyyət
heykəlinə çevrilmiş
bir insanın mənəvi haqqı özünə qaytarılmışdır.
İndi ölkəmizdə
də Tağıyevin
davamçıları elmə,
mədəniyyətə və
təhsilə dəstək
verən insanlar böyük mesenatın adına olan
mükafatla təltif edilir. Bu günlərdə
Amerika-Azərbaycan Ticarət-Sənaye
Palatasının təşəbbüsü
ilə, şəxsən
ABŞ-ın Azərbaycandakı
səfiri Metyu Brayzənin nüfuzlu iş adamı Abdulbari Gözəli Tağıyev mükafatı
ilə təltif etməsi dediklərimizə
parlaq sübutdur.
İndi dövlətimizin rəhbəri
də, mətbuat nümayəndələrimiz, sadə
xalq da bu
böyük və nurlu insanın xatirəsini böyük hörmət və ehtiramla anır. Şübhəsiz ki, Tağıyev
adının əbədiləşməsində
bütün fəaliyyəti
boyu onları dəstəkləyən və
himayə edən media
nümayəndələrinin də rolu misilsizdir.
Milli mətbuatımızın
ilk yaradıcısı, böyük
və mütərəqqi
ideyaların müəllifi
Həsən bəy Zərdabinin adı çəkilərkən, xalq
qarşısında xidmətləri
anılarkən bu sırada şəxsi vəsaitinin böyük hissəsini millətinin savadlanmasına həsr etmiş milyonçu Hacı Zeynalabdin Tağıyevin xatirəsini
anmamaq mümkün deyil. Çünki milli mətbuatımızı
yaradan, onun inkişafına təkan verən tarixi şəxsiyyətlər hər
bir media məsubu üçün əzizdir.
Ən azı ona görə
ki, bu mətbuatımızın
tarixidir.
Mirvari Rəhimzadə,
əməkdar jurnalist
Ədalət.- 2011.- 20 iyul.-
S.4.