UĞURLU BİR LAYİHƏ
Onun təqdimatı Atatürk Mərkəzində oldu
Dünən Azərbaycanın
ictimai-siyasi həyatında özünəməxsus yeri olan və
hər dəfə də bir-birindən uğurlu, diqqət
çəkən müzakirələrin, təqdimatların
ünvanına çevrilən millət vəkili, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərovun rəhbərlik
etdiyi Atatürk Mərkəzində yeni bir layihənin bəhrəsi
olan "Türk dünyası birliyi ideyası və Heydər
Əliyev" kitabının geniş təqdimatı
keçirildi.
İctimaiyyət nümayəndələrinin,
mətbuat işçilərinin, elm adamlarının qatıldığı
bu tədbirdə xüsusilə bir məqam mənim
üçün vacib göründü. Bu da həmin təqdimat
mərasimi çərçivəsində "Türk
Birliyi: dünən, bu gün, sabah" adlı konfransın
keçirilməsi idi.
Konfransı giriş sözü ilə
Atatürk Mərkəzinin sədr müavini Osman Mustafayev
açaraq tədbir iştirakçılarını
salamladı. O, mərkəzin yaranma tarixindən, onun məram
və məqsədindən danışmaqla keçirilən
konfransın və təqdimatın əhəmiyyətini də
xüsusilə vurğuladı. Sonra söz kitabın təsisçi
redaktoru, Türk Gənclər Birliyinin rəhbəri, şair Əkbər
Qoşalıya verildi.
Oxucular tərəfindən imzası həmişə
maraqla qarşılanan Əkbər Qoşalı layihə barəsində,
araya-ərsəyə gətirilmiş kitabın əhəmiyyətindən,
bu layihənin ideya müəllifi, məqalələr toplusunun
elmi redaktoru, professor, doktor Nizami Cəfərovun, layihə rəhbəri
Dəyanət Osmanlının fəaliyyətindən bəhs
etdi və bildirdi ki, bu cür layihələr türk
dünyasının bir-birinə inteqrasiyasını daha da
sürətləndirir, əməkdaşlıq,
qardaşlıq əlaqələrini daha da genişləndirir.
Tədbir aparıcısı Əkbər Qoşalı konfransın
daha maraqlı və canlı keçməsi üçün
sözü layihə rəhbəri Dəyanət Osmanlıya
verdi. O da öz növbəsində görülən işin əhəmiyyətindən,
ona bu yolda verilən dəstəkdən ürək dolusu
danışaraq iştirakçılara təşəkkürünü
bildirdi.
Konfransda çıxış edən filologiya
elmləri doktoru, tənqidçi alim Rüstəm Kamal və
digərləri 4 ay müddətində həyata keçirilən
layihənin orta və ali müəssisələrdə oxuyan
yeniyetmə və gənclər üçün nəzərdə
tutulduğunu vurğuladı. O, toplunun elmi, filoloji və mənəvi
keyfiyyətlərini şərh etməklə təşkilatçıların
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət
Təşkilatlarının Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə ictimai birlik
olan "Türk dünyası info"ya olan qayğı nəticəsində
çox gərəkli ideyanın gerçəklənməsinə
nail olduqlarını vurğuladı.
Ümumiyyətlə, konfransa
qatılanlar bu gün ölkədə aparılan uğurlu
siyasətin bir qolu olan QHT-lərə dövlət dəstəyi
nəticəsində araya-ərsəyə gətirilən
bir-birindən maraqlı layihələrin zəruri olduğunu,
onlara ehtiyac duyulduğunu vurğulamaqla bu cür işlərin
davamlı olmasını arzu etdilər. Fikir mübadiləsi
ilə başa çatan konfransda iştirakçılara layihənin
nəticəsi olan məqalələr toplusu da hədiyyə
edildi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2011.- 16 iyul.- S.2.