İnformasiya-Məsləhət Mərkəzi yaradıldı

 

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) xaricdə yaşayan soydaşların Rusiyaya könüllü köçməsinə yardım üzrə Dövlət Proqramının izah olunmasına dair İnformasiya-Məsləhət Mərkəzi (İMM) açılıb. RİMM-dan APA-ya verilən məlumata görə, İMM-ın açılışı mərasimində Azərbaycanda yaşayan Rusiya soydaşları təşkilatlarının nümayəndələri iştirak ediblər.

RİMM-in rəhbəri Ənvər Şeyxov İMM-in funksiyaları barədə məlumat verib, mərkəzin texniki imkanları nümayiş etdirilib. Görüş iştirakçılarına Dövlət Proqramının yeni müddəaları izah olunub.

Rusiyanın Azərbaycandakı səfirliyi yanında fəaliyyət göstərən müvəqqəti qrupun rəhbəri Tatyana Matveyeva Dövlət Proqramı barədə ətraflı məlumat verib, köçmənin şərtləri, sosial dəstək, köçkünlərə verilən dövlət təzminatının miqdarı barədə məlumat verib.

 

 

Ədalət.- 2011.- 2 mart.- S. 2.