Bilmirəm

 

Ürəyim istəyən şeyi,

Həyatdan ala bilmirəm,

Tay-tuşlarım zurna çalır

Mən tütək çala bilmirəm.

 

Gün-gündən şişən gözəli,

Qaynayıb-bişən gözəlim,

Gözümdən düşən gözəli

Qəlbimdən sala bilmirəm.

 

Biganəyəm toya-yasa,

Dolub daşır səbir kasam,

«Köhnə hamam,

köhnə tasam»!

Başqa cür ola bilmirəm.

 

İzmirağa Töhmərli

Ədalət.-2012.-4 dekabr.-S.7.