«Dolu» Xəzər Universitetində

 

30 noyabr 2012-ci ildə Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyat departamentinin təşəbbüsü ilə yazıçı, millət vəkili Aqil Abbasın romanı əsasında çəkilmiş Qarabağ müharibəsindən bəhs edən «Dolu» bədii filminin baxış-müzakirəsi keçirilmişdir. Filmdəki canlı döyüş səhnələri, müharibədə iştirak edən insanların həyat hekayələri, faciəli taleyi, vətənpərvərlik ruhu, maraqlı aktyor oyunu, mənalı rejissor yozumları tamaşaçılara dərin təsir göstərmişdir. Filmin sonunda filmin yaradıcı heyəti tamaşaçıların rəylərini və minnətdarlığını dinləmiş, suallarını cavablandırmışlar.

D. Zeynalova, Ə. Əmirbəyli, Ə. Balayev qısa çıxışlarında filmin məziyyətlərinə diqqət çəkərək onun kino tariximizdə xüsusi yeri olduğunu vurğulamışlar. Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri dosent Vurğun Əyyub universitet rəhbərliyi və tamaşaçılar adından filmin yaradıcı heyətinə təşəkkürünü bildirib.

 

Ədalət.-2012.-5 dekabr.-S.3.