QEYRƏT CƏNGİ VƏ SEVGİ NOBARI

Ədəbi-bədii romandan - parça

 (əvvəli ötən saylarımızda)

 

ŞUŞA ZİYARƏTİ -

SEVGİ ANLAMI

 

Ağdamın bir qisim kəndləri işğal altında olsa da, Şuşa bütünlüklə düşmən cəngində idi. Əskəran tərəfə azacıq gedəndən sonra qonaq üçün fərq sezilmək dərəcədə olsa da, tək-tək erməni dövlət nişanlı yük və minik maşınları, toplar narahatlıq törədirdi. Fikir verirdim ki, Vahid bəy də bu həyəcanı keçirməkdədir. Köklü bakılı olsa da, doxsanıncı illərin xofu canından çıxmamışdı. Axı, ermənilər ratsiya ilə Yevlaxı tar-mar edəcəkləri ilə kifayətlənmirdilər. Bakılıları da dənizə tökəcəkləri haqda hədə - qorxu gəlirdilər. Torpağı zəbt etmək - faşist qəsdi olsa da, ermənilər bir qədər də azğın niyyətdə idilər.

Xocalı - bir şəhər oda tutulmuş, təpələrin sinəsi qan çanağına döndərilmişdi. Belə qəsbkarlıq harda görünmüşdü: uşaq, qoca, hamilə qadın gülləboran edilsin. Ermənidə nə insaf, nə mürvət. Qızıl Xaç cəmiyyəti məgər ən nüfuzlu beynəlxalq təşkilatlardan mötəbərdir. Onların qərarları da kağız üzərində qalır.

Xankəndinə çatmamış yaranmış sükutda hardansa Adılonun atmacası beynimi sancdı. Nə üçün mənim fəzilətli cavabıma sevgini bəlgə eləyib, könlümü almaq istəyir. Axı, biz namus cənginə qoşulmuşuq, sevgi axtarışına çıxmamışıq?! Və içimdə buna da cavab tapıldı: səbrli ol, tələsən oda düşər, tələsməyən sevgi qazanar.

Şair Fikrət Qoca məsləhətçim oldu.

 

Ayrıldıq gərəksiz saxta vüqarla

Biz dönüb baxmadıq geriyə ancaq.

O vaxtdan gedirəm mən bu yollarla

Ürəyim deyir ki, dön bir geri bax.

 

Xankəndinin yanından keçəndə üşütmə tutdu məni, titrədim: "Mənə bax, şeytan yuvası həndəvərində sevgi nobarı iştəhasına düşürəm?!"

Mən geriyə - iblis yuvasından törədilən faciəyə baxmalıyam.

Və inanc məni ayıltdı: bir sola bax!

Baxdım: hava miniyinin skeletləri yolun kənarında idi. Dolamac yoldan da çox bu fikrimi dikə dirədi: Neyləyim, maşını əyləndirib, duşum, ziyarət daşı kimi göydən qayalar üstünə çırpılmış, içindəkilərlə birlikdə dəmir-dümürləri də yanıb kömürə dönmüş vertalyotu doğmalarımın məzar daşı kimi öpüm?

Neçə yerdən bizə göz qoyulacağına xəbərdarlıq edilmişlərin əksinə olardı. Göz yaşlarımı içimə axıtdım.

Adılo sezmişdi narahatçılığımı. Maşını əyləmək üçün Vahid bəyin qoluna toxunanda: - gedək, saxlamaq olmaz - dedim.

Dağ yolu bir qədər də bizi fırfıra kimi doladı qayaların başına. Və artıq son gədikdən Şuşa qalası qənşərdə göründü. Şuşaya gələndə bu "Şuşa" reklamı mənə başqa təsir edərdi. Sanırdım ki, bürclər şəhərin qollarıdır və insanları mehribanlıqla bağrına basır.

İndi, gördüyüm Şuşa ox kimi sinəmi deşirdi. Şuşa bizimki deyildi. Olsa-olsa gözdağı idi bu qala mənə. Bəlkə də, daşın da canı var, o acıq-qəzəb duyğularını bizə çatdırır.

Vahid bəy həyəcanımı duyduğu üçün maşını saxladığını hiss etdim. Demə, başqa narahatçılığı varımış.

Şuşa dağının boğazında yol ayrıcı olduğu yadımdan çıxmışdı. Axı, burada yol haçalanır. Diklənən yol şəhərə, köndələn yol Laçın tərəfə gedir.

Əvvəlcə mən düşdüm və bir baxışla ətraf zümrüd meşə ilə sinəsini bəzəyən uca dağlara, sonra zirvələrin bəyaz yaylığını gözüm aldı. Xan əminin harayı məni titrətdi.

Şuşanın dağları başı dumanlıg

Sanki yuxudan kal oyatmışdım, nə edəcəyimi bilmirdim. Ləngiməyimizə bəraət üçün bu ağlıma gəldi, dedim: Şuşa buradan başlayır. Həqiqətən, Şuşa böyüyürdu, əvvəlki libasına sığmırdı. Bax, yolun sağ tərəfində musiqi alətləri fabriki tikilmişdi. Yaxşı fikirləşmişdilər. Şuşanın vizit kartı musiqi ilə səciyyələnməli idi. Və bu da azımış kimig qulağıma tar simlərinin dınqıltısı dəydi. Uşaqlıqda hər havanın musiqisi rahat-ulqum kimi varlığıma daxil olsa da, toylarda tarzənin simləri kökləməsi acığıma gəlirdi. Ancaq bu ahəngli dınqıltı xoş təsir buraxdı. Əvvəl ağlıma gəldi ki, Şuşanın canlı vaxtının təskinlik nidasıdır.

Yox, bunun əksinə imiş.

Səma gözlərimi çəkdi. Durna qatarı keçirdi başımız üstündəng Ancaq nizamını-səliqəsini itirmişdi durna qatarı. Qəlbi dağlardan bir qədər aşağı enəndə, şəhərin üstündə durna qatarının sırası pozuldu, qırıq-qırıq dəstələr yarandı.

- Müsyö Adılo, bir baxın Allahın durnaları da ürküb yolunu çaşıb. Görünür top səsləri hələ də qulaqlarından getməyib. Və qeyri-ixtiyari "Durnalar" şeirini oxudum.

 

Bir zaman havada qanad saxlayın,

Sözüm vardır mənim sizə durnalar!

Qatarlanıb nə diyardan gəlirsiz,

Bir xəbər veriniz bizə, durnalar!

 

Adılo soruşdu.

- Sən yazmısan şeiri?

- Mən yazmamışam. Vaqifin şeiridir, Qarabağda bülbüldən çox durnalara şeir qoşulub.

- O niyə?

- Durnalar həsrət-nisgil rəmzidir. Bizi cənub qardaşlarımızla ayıran Araz çayını ancaq quşlar keçə bilir. Gündoğan tərəfə uçurlar. Axı, biz parçalamışıq. Araz çayı bizi iki yerə ayırıb, gəliş-gediş yoxdu, ürək ağrısını bununla təskinləşdirib el şairləri.

- İndi istiqlal qazanmısınız, müstəqil dövlətsiniz yenəg

- İndi öz başımızın hayına qalmışıq. Cavan bir şairimiz var, istiqlal hərəkatının fəalı, çox sevilən Rüstəm Behrudi sanki durnalara nəzirə yazıb, bu şeiri:

 

Hər il

"Azadlıq" meydanından

zəvvarlar gedir

Allahın evinə

Sevinə-sevinə

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

İmansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

 

Adılo xahiş elədi ki, bir də oxuyum, şeiri lentə köçürsün. Şairi tanıdan, məhşurlaşdıran "Dar ağacı" şeirini də söylədim. "Salam, dar ağacı!" şeiri manifest olmuşdu azadlıq yürüşçülərinə

Yolumuzu davam etdirməli olduq.

Bu da Şuşag şuşalılarsız Şuşa!

 

Xaç nişanlı maşını görənlər təəccüblə süzürdü bizi. Görünür Qızıl Xaç Cəmiyyətinin buralara gəlişi olmamışdıg Qırılan - qırılmış, qaçan qaçmış, əsir alınanlar isə haralara isə aparılmışdı. Şuşada azərbaycanlı yoxdur.

Adılo əvvəlcə Qala qapısı ağzından aşağını, sonra "Şuşa" yazılmış qala zirvəni lentə köçürdü. Birini də mən nişan verdim.

- Qalanın daşları altındakı dikdirə baxın.

Adı "Ərim gəldi"di. Şuşa Karvan yolunun ən dəbdəbəli şəhəri olub. Xanımlar ərlərini səfərə bu dikdirdən yola salır və sonra daim bura gələrək, onların yolunu gözləyirmişlər.

- Etiraf eylə, o nənələrin nəvəsi indi öz məşuqunun yolunu o cür gözləyərmi. Biri sən.

- Mənim başqa inamım və niyyətim var. Mən Dəli Sona olmaq istəyirəmg ermənilərin törətdikləri savaş qurtarar, biz yenə iç-içə dinc yaşamalı olsaq da mən dərd-sərimizin bununla bitəcəyinə gümanlanmıram.

- Nədi o dərd?

- Namus! Dədələr deyib ki, namusu itə atıblar, o da yeməyib. Mən öz sənətim və əməlimlə ona nail olacağım kig xalqım əzəli namus mustəvisinə qayıtsın.

- Necə?

- Sənətin gücü ilə. Və hamı söz-qələm əhlini bu yürüşə cəlb etməklə.

- Bəlkə yeni zəmanə bu iqbala qoşulmadı.

Onda qayıdacağam "Gəlinqayaya".

- Neyləyəcəksən orada?

- Sizdə rahiblər nə edirlər o sayaq. Allaha yalvaracam ki, iştəklərimizdən bezibsə bizi bağışlasın. Mən ziyarətimdə həyatdan vaxtsız köçmüş rəfiqələrimin uçduğu qayada Fatihə oxuyacağam. bax, belə:

Rəhimli, mərhəmətli Allahın adı ilə!

- Həm şükr və tərif olsun Allahın - Aləmlərin Rəbbinə.

- (Bu dünyada hamıya) rəhmli, (axirətdə isə ancaq möminlərə) mərhəmətli olana.

- Haqq-hesab (qiyamət) gününün sahibinə!

- Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik!

- Bizi doğru yola yönəlt.

- Nemət verdiyin kəslərin yoluna.

- Qəzəbə düçar olanların və (haqdan) azanların

Yoluna bax!

Adılo bunları lentə almaq üçün təkrarlamağı xahiş etdi və dedi: əcəb! Sonrada şair kimi deyəcəksən - Salam "qayadibi"ndə olanlar. Adıloya çox xoş gəldi bu adət, dikdiri iri planda lentə aldıg

Babam deyərdi ki, Şuşa Azərbaycanın musiqi ocağıdır. Həm də sədaqətli sevgililər ocağı imiş! Biz "Ərim gəldi"dən ibrət götürə bilərik?!

- Dedim, dərd-qəm yurdudur Azərbaycan indi. Vaxt olmadı sizi açıq havadakı muzeyə apararıq. Orada Şuşanı, Qarabağı, bütünlükdə Azərbaycanı şöhrətləndirən - Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəlləri var. Bir vaxtlar bu abidələr Şuşada idi. Erməni faşistləri onları güllələmişlər. Bizimkilər çox çətinliklə abidələri Bakıya qaytara bildilər.

Qızıl Xaç Cəmiyyətinin planında Şuşaya vaxt ayrılmamışdı. Sürücü bunu deməkdə, burada ləngiməməyi xatırladırdı.

Adılonun bir xahişinə əməl etməmək olmazdı.

Dedi ki, babam yalvarıb ki, hökmən Şuşa məscidinə gedərsən. Məndə məscidə inancına inam yaratmaqdan ötrü, bunu da dedi ki, mən evlənəndə bu məsciddən xeyir-dua almışdım. Düşəri də oldu. Daşaltıdan qalxan qırx pilləkəni bir nəfəsə dırmaşdım,..

Məsciddən çıxandan sonra həyətdəyik, jurnalist öz işini görür, mənsə boylanıb Cıdır düzü tərəfə baxıram. Baxıram görüm Vaqifin abidəsi yerindədi - yoxsa yoxg o biri abidələr kimig

Özümə təskinlik verirəm kig Vaqifin ruhunu nə uçurtmaq, nə güllələmək olarg O ruh yəqin çoxdan səfər edib buradan insanların qəlbinə.

Adılo çəkilişləri başa çatdırandan sonra, məni tək buraxdığı üçün üzrxahlıq elədi və qolumdan yapışıb məscidin minarələrinə sarı aparmaq istədi.

- Neylirsiniz, durmuşuq.

- Yox, mən istəyirəm, babam kimi bu Allah evindən xeyir-dua alım, sənin üçün də bu vacibdir. Üç gün gecə-gündüz yad oğlanla bir yerdə olduğuna mənəvi haqq qazandırarsan.

Mən zarafata saldım.

- Vətəndaş kəbini sayağı

Müsyö Adılo: nobar sevgi payını da, onun üçün eliyə biləcəyimi də Qarabağdan gözləyirəm.

- Bir sözünüzə qüvvət vermək istərdim.

Dediniz ki, nə qədər fransız var, bir o qədər də Fransa var. Gözəl tərifdir. Sizin ədəbiyyatı, Mopasanın bütün cildini oxumuşam, nə qədər fransız var, beş o qədər rəngarəng fransız sevgisi mövcuddur.

Adılo, sözümü, yoxsa sevgililəri alqışlayırmış kimi əl çaldı.

- Nəyə görə belə nəticəyə gəlmisiniz.

- Jorj Sandın "İndiana"sına görə. Əsərin qəhrəmanı qadınla bir yerdə olub, onun məhəbbətindən - baxışlar çərçivəsində həzz almaq naminə onların həyətində qulluqçuluq edir.

Bax, məhrumiyyətlərə tab gətirib, sevgi nemətinə nail olmağın zirvə fədakarlığı budur! Sand özü də belə qadın olub, ərini atıb, Parisə azad yaşamaq üçün gəlib.

- Mən onu romantizmin böyük nümayəndəsi hesab edirəm - azadlıq carçısı!

Siz özünüz də romantiksiniz!

- Olsun heylə, ya da sevgi nobarı istəyi təkin!

- Olmaz! İnşallah, Şuşa azad olanda, öz sevgilinizlə gəlib məsciddən xeyir-dua alarsınız. Nə təfavütü varg Müsəlman ya xristian. Allah ki, birdir, vahiddir. Bax onda sizi apararam Cıdır düzünə, baban kimi qırxpilləkəni bir nəfəsə enib qalxarsınız. Heç ona da ehtiyac olmayacaq. Topxana meşəsi arasında, çay üstündən körpü saldıracağıq. Topxana harayı - Milli dirçəliş günü kimi bayram edilir.

- Allah qoysa!

- Özümüzdə də qeyrət iradəsi olsa! Elə işlər tutmuşuq ki, Allahın da öz bəndələrindən zəhləsi qaçmağa başlayıb. Xəlq elədiyi dilsiz-ağızsız, şüursuz heyvanlar bizdən ona sadiq olub. İnsanlıq dövrümüzə qayıtmalıyıq!

 

(Ardı var)

Ədalət.-2012.-6 dekabr.-S.6.